“ASAN xidmət”in Dubayda təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Siyasət

“ASAN xidmət”in Dubayda təqdimatı keçirilib

10:17 - 09 / 02 / 2016
“ASAN xidmət”in Dubayda təqdimatı keçirilib

8-10 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ümumdünya İdarəetmə Zirvə Toplantısı keçirilir.

1news.az-ın məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sayca 4-cü olan Zirvə Toplantısına dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda biznes və elm dairələrinin mindən çox nümayəndələri qatılıb.

Tədbirin ilk günü “Davamlı inkişaf məqsədləri fəaliyyətdə” mövzusunda təşkil olunmuş paneldə Dövlət Agentliyinin sədri İ.Kərimov çıxış edib. Agentliyin sədri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəetməsinin və onun əsas istiqamətlərindən olan dövlət xidmətlərinin göstərilməsinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən agentliyin sədri bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. O, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirə malik olduğunu vurğulayıb. 

Paneldə Dünya Bankının İnkişaf məsələləri üzrə birinci vitse-prezidenti Mahmud Mohyeldin, Birləşmiş Millətlər Fondunun prezidenti xanım Kəti Kalvin, Estoniya Hökumət Aparatının məsləhətçisi xanım Eili Lepik çıxış ediblər. 

Geniş müzakirələrlə və suallarla davam edən tədbirə yerli və xarici ölkə nümayəndələri, BMT və Dünya Bankının həmçinin mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.

Eyni zamanda Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə də tədbirdə iştirak edib.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

1news.az

Paylaş:
773

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər