Londonda Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq perspektivləri müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Londonda Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

11:21 - 11 / 02 / 2016
Londonda Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Fevralın 10-da Londonda Azərbaycan Respublikası kuməti ilə k Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın kuməti arasında iqtisadi əkdaşq üzrə Birgə kumətlərarası Komissiya çəivəsində aliyyət stən Ticarət və İnvestisiyalar, Maliyyə Peşəkar Xidmətlər üzrə birgə işçi qrupların iclası hsil Forumu keçirilib.

Bu barədə 1news.az-a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, iclaslarda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr və müvafiq sahələrdə əməkdaşlıq perspektivləri, eləcə də komissiyanın iclasına hazırlıq məsələləri müzakirə edilib.

Bu gün – fevralın 11-də isə Neft və Qaz üzrə işçi qrupunun iclası və Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək məqsədilə İqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Böyük Britaniyada səfərdədir.

Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri isə bu ölkənin Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Moddur.

1news.az

Paylaş:
1284

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər