Əli Həsənov: Multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları geniş imkanlara malikdir | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları geniş imkanlara malikdir

15:08 - 12 / 02 / 2016
Əli Həsənov: Multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları geniş imkanlara malikdir

Azərbaycanda milli mənəvi dəyərlərin, multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri geniş imkanlara malikdir və onların bu sahədə rolunu getdikcə artırmağa çalışırıq.

1news.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a müsahibəsində deyib.

Ə.Həsənov bildirib ki, son zamanlar ölkəmizdə kütləvi informasiya vasitələrinin əhatə dairəsi getdikcə genişlənir. Gün ərzində əhalinin 75 faizindən çoxu televiziyaları, internet resurslarını izləyir, qəzet oxuyur. Odur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan məmurlar multikulturalist ideyaların yayılmasında, milli mənəvi dəyərlərin zənginləşdirilməsində, əhalinin bu istiqamətdə maariflənməsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən KİV-in imkanlarından daha geniş istifadə etməlidirlər.

Regionlarda ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərə toxunan Əli Həsənov deyib:

“Bu görüşlər regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq keçirilir. Bunun da bir neçə məqsədi var. Məqsədlərdən biri budur ki, əvvəla mərkəzi icra hakimiyyəti orqanları rayon əhalisi ilə daha sıx təmasda olsun. İctimaiyyət nümayəndələrinin hakimiyyət orqanları ilə bağlı təklifləri, rəyləri, ideya və təşəbbüsləri ümumiləşdirilərək həyata keçirilən islahatlar prosesində istifadə edilsin.

Azərbaycan Prezidenti müəyyənləşdirdiyi yeni iqtisadi kursa müvafiq olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında mühüm vəzifələr qoyub. Həmin görüşlərdə bu vəzifələr əhaliyə çatdırılır, yerlərdə onun izahı verilir. Bundan məqsəd ictimaiyyətin təşəbbüsləri ilə dövlətin yürütdüyü siyasəti birləşdirərək bu proqramlara dinamizm vermək, rayonlarda əhalinin, icra strukturlarının və bütövlükdə vətəndaş təşəbbüslərinin koordinasiyasını həyata keçirmək, islahatların daha sürətlə və effektiv aparılmasına şərait yaratmaqdır.

Digər məqsədlər də var: İnsanların məsuliyyətini artırmaq, yerli resursları işə salmaq, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı Prezidentin təşəbbüslərinin həyata keçirilməsində insanların dəstəyini təmin etmək, rayonlarda sahibkarlıq mühitini daha da təkmilləşdirmək, neqativ halların aradan qaldırılması üçün əhalidən gələn istək və arzuları ümumiləşdirmək və s. Yəni, məqsəd genişdir və bu istiqamətdə də işlər davam etdirilir”.

1news.az

 

Paylaş:
790

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər