Ceyms Uorlik: İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Ceyms Uorlik: İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır

16:47 - 15 / 02 / 2016
Ceyms Uorlik: İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın Səsi” radiosuna müsahibə verib.

1news.az-ın məlumatına görə, həmsədr müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışılarda mövcud durum, Minsk qrupunun həmsədrlərinin mövqeyi, onların AŞPA-da Dağlıq Qarabağla bağlı müzakirələrə münasibətindən danışıb.

Müsahibəni olduğu kimi təqdim edirik:

Amerikanın Səsi: Azərbaycan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrlərinin Avropa Şurası Parlsment Assambleyasına Dağlıq Qarabağla bağlı qətnamə barədə çağırış etməsini kəskin tənqid edib. Həmsədrlərin belə çağırış etməsi hansı zərurətdən irəli gəlib? Buna münasibətiniz necədir?

Ceyms Uorlik: Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik. Biz Azərbaycan və Ermənistanın bu məsələni istədikləri kimi qaldırmaq hüquqlarını dəstəkləyirik. Həmsədrlər vurğulayırlar ki, Minsk Qrupunun qəbul etdiyi danışıqlar formatı olaraq qalır. Biz ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər.

Amerikanın Səsi: Azərbaycan Minsk qrupunun həmsədrləri ilə görüş planlaşdırmadığını bildirib. Amerkalı həmsədr və ya həmsədrlər Azərbaycan rəsmiləri ilə növbəti görüşlə bağlı danışıqlar aparırmı? Azərbaycan rəsmiləri ilə növbəti görüş nə vaxt ola bilər?

Ceyms Uorlik: Vasitəçilər kimi, biz sülhə doğru yeganə yolun danışıqlar masası arxasında olduğuna inanırıq. Biz münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün Xarici İşlər Naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazırıq.

Amerikanın Səsi: Münaqişə ilə bağlı aparılan danışıqların indiki mərhələsi əvvəlki mərhələlərdən nə ilə fərqlənir? Ərazi bütövlüyü, Dağlıq Qarabağın statusu, qoşunların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı illərdir razılıq əldə edilməyən məsələlərlə bağlı nə yenilik söyləyə bilərsiniz?

Ceyms Uorlik: Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır. Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

Ameirkanın Səsi: Madrid prinsipləri ətrafında uzun illərdir aparılan danışıqların artıq fiaskoya uğradığını düşünmək mümkündürmü? 

Ceyms Uorlik: Tərəflər və həmsədrlər münaqişənin əsas elementlərinin Madrid prinsiplərinə əsaslanması fikri ilə bölüşürlər. Təkliflər hal-hazırda qeyd olunan prinsiplərə əsaslanaraq tərəflər və həmsədrlər tərəfindən müzakirə olunur.

Amerikanın Səsi: Minsk qrupu həmsədrləri formatı danışıqlarda hər hansı irəliləyişə nail olunması üçün bəs etmir. Danışıqlarda irəliləyişə nail olunması üçün daha hansı formatı effektli hesab edərdiniz? 

Ceyms Uorlik: Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər.

Amerikanın Səsi: Vaxtı ilə ABŞ dövlət katibi Madelen Olbraytın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlamışdı. Bu formatın sonluğu Ermənistanda hakimiyyət dəyişikliyi, parlamentdə qətllə müşayiət olundu. Yenidən tərəflərin vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlaması mümkündürmü?

Ceyms Uorlik: Biz inanırıq ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan Prezidentlərinin arasında hər hansı bir dialoqun baş tutması vacibdir. Münaqişənin həllində hansısa bir irəliləyiş əldə etmək üçün həmsədrlər Dövlət Katibi Kerri, Prezident Putin və Prezident Hollandın vasitəçilik səyləri nəticəsində Prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir.

1news.az

Paylaş:
767

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər