BƏƏ-nin səfiri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

BƏƏ-nin səfiri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb – FOTO

12:26 - 16 / 02 / 2016
BƏƏ-nin səfiri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb – FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) “BƏƏ-nin inkişafı” mövzusunda təqdimatla çıxış edib.

1news.az-a BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumta görə, tədbirdə çıxış edən rektor Elmar Qasımov prezident İlham Əliyevin bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfəri xatırladıb.

BƏƏ ilə Azərbaycan əlaqələrinin inkişafından söz açan E. Qasımov BƏƏ-nin bir çox sahələrdə, o cümlədən memarlıq və turizm üzrə böyük inkişafa nail olduğunu vurğulayıb. Rektor BƏƏ-nin ali təhsil müəssisələri ilə BANM-in əlaqələrinin qurulduğunu deyərək, Abu-Dabi Neft İnstitutu ilə əməkdaşlığın inkişaf etdiriləcəyini deyib.

Səfir Məhəmməd Əhməd Hamel Alqubaisi özü və diplomat karyerası haqqında danışıb. Səfirin təqdimatında BƏƏ-nin inkişafını əks etdirən qısa videoçarx nümayiş olunub. O, BƏƏ-nin tarixi, coğrafiyası, ölkənin dövlət quruluşu və idarəetmə sistemi, adət-ənənələri haqqında danışıb. Səfir ölkəsinin inkişaf etmiş sahələri, təbii sərvətləri, xüsusilə təhsil sistemi haqqında məlumat verib.

Sonda səfir tələbələri maraqlandıran sualları cavablandırıb.

1news.az

 

Paylaş:
977

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər