Mövlud Çavuşoğlu: “Heç bir güc Türkiyəni yolundan döndərə bilməz” | 1news.az | Xəbərlər
Siyasət

Mövlud Çavuşoğlu: “Heç bir güc Türkiyəni yolundan döndərə bilməz”

1news Redaksiyası12:59 - 18 / 02 / 2016
Mövlud Çavuşoğlu: “Heç bir güc Türkiyəni yolundan döndərə bilməz”

“Heç bir güc Türkiyəni yolundan döndərə bilməz”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Bakıda keçirilən mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, Türkiyə bundan sonra da terrorizmə qarşı mübarizəni davam etdirəcək.

“Öz xalqıma baş vermiş terror aktı ilə bağlı başsağlığı bildirirəm”, - nazir bildirib.

M.Çavuşoğlu  qeyd edib ki, Türkiyə PKK, YPG, PYD kimi terror təşkilatları arasında heç bir fərq qoymur.

“Türkiyənin Azərbaycanla terrorizmlə mübarizə məsələsində fikir ayrılığı yoxdur”, - M.Çavuşoğlu deyib və bildirib ki, Azərbaycan terrorizmlə mübarizədə Türkiyənin  mövqeyi ilə həmrəydir.

1news.az

Paylaş:
1098

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər