AR Müdafiə Nazirliyi: Erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə çoxsaylı itkiləri əhalidən gizlədir | 1news.az | Xəbərlər
Siyasət

AR Müdafiə Nazirliyi: Erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə çoxsaylı itkiləri əhalidən gizlədir

20:54 - 19 / 02 / 2016
AR Müdafiə Nazirliyi: Erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə çoxsaylı itkiləri əhalidən gizlədir

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni silahlı bölmələrində son günlər qeydə alınan itkilərlə bağlı xəbərlərə münasibət açıqlayıb.

1news.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib: “Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur. Bu gün də baş verən insidentdə təlafat çox olduğundan və qarşı tərəf ölənlər barədə xəbərləri gizlədə bilməyəcəyindən məlumatı açıqlayıblar. Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq”.

Qeyd edək ki, son günlər erməni silahlı bölmələrinin işğal altındakı ərazilərdə itkiləri artıb. Dünən bir, bu gün isə iki erməni hərbçinin qeyri-müəyyən şəraitdə aldıqları güllə yaralarından öldüyü açıqlanıb.

1news.az

Paylaş:
757

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər