Əli Həsənov BQXK-dan əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə canlı əlaqə yaradılmasını tələb edib | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov BQXK-dan əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə canlı əlaqə yaradılmasını tələb edib

11:53 - 19 / 02 / 2016
Əli Həsənov BQXK-dan əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə canlı əlaqə yaradılmasını tələb edib

Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə telefon və skype vasitəsi ilə canlı əlaqənin yaradılması təmin olunmalıdır.

1news.az-ın məlumatına görə, bunu baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Xanım Elena Silvia Marisa Ajmone Sessera və sabiq rəhbəri xanım Deniz Duranla görüşü zamanı deyib.

Qəbulda Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdularını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsinin qərarı ilə” barələrində “hökm” çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bu günkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb, işğalçı ölkənin bu barədə tutduğu mövqe Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirilib.

Ə.Həsənov eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə telefon və skype vasitəsi ilə canlı əlaqənin yaradılmasını bir daha qonaqların diqqətinə çatdırıb, bu məsələnin Cenevrədə təşkilatın prezidenti Peter Maurer ilə müzakirə etdiyini və bunun tezliklə həyata keçirilməsini tələb edib.

1news.az

Paylaş:
638

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər