Təhlükəsizlik Xidmətinə yeni vəzifə verilməsi haqqında yayılan məlumatlar səhvdir | 1news.az | Xəbərlər
Siyasət

Təhlükəsizlik Xidmətinə yeni vəzifə verilməsi haqqında yayılan məlumatlar səhvdir

00:12 - 19 / 02 / 2016
Təhlükəsizlik Xidmətinə yeni vəzifə verilməsi haqqında yayılan məlumatlar səhvdir

Fevralın 16-da bəzi informasiya saytlarında (məsələn, apa.az, mia.az, bizimyol.info) Dövlət Təhlükəsizliyi Xidmətinə yeni vəzifə həvalə olunması haqqında məlumat yayılıb.

Söhbət “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanından gedir.

Həmin Fərmanın 5.69-cu bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır.

Bununla əlaqədar Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bildirib ki, bu bənd İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsinə aiddir. Həmin maddədə söhbət qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasından gedir. Bu maddə xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş bütün hüquqi şəxslərə yox, yalnız həmin şəxslər tərəfindən təsis edilmiş özəl mühafizə müəssisələrinə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) şamil edilir.

Həmçinin bu vəzifə heç də yeni vəzifə deyil. Xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş və mühafizəçilərinin fiziki qüvvə və xüsusi vasitələrdən istifadə etmək hüququ olan özəl mühafizə müəssisələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarət edilməsi imkanları İnzibati Xətalar Məcəlləsinin əvvəlki redaksiyasında da (maddə 348-2) və həmin Məcəllənin tətbiqi barədə 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanın 3.49-cu bəndində də nəzərdə tutulub.

Bu maddə İnzibati Xətalar Məcəlləsinin əvvəlki redaksiyasına “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar 2007-ci oktyabrın 19-da, Məcəllənin tətbiqi barədə 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanın 3.49-cu bəndi isə 2007-ci il noyabrın 23-də həmin Fərmana əlavə edilib.

AZƏRTAC

Paylaş:
940

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər