Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək

22:30 - 23 / 02 / 2016
Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək

Milli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etmək üçün fevralın 24-dən 27-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaqlar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu haqda Parlamentin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev, deputatlar Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili daxildirlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və ATƏT PA-nın Büro üzvü Azay Quliyev öncə daimi komitənin iclasında iştirak edəcəklər. Həmin iclası ATƏT PA-nın sədri İlkka Kanerva açacaq. Daimi komitədə qış sessiyasının gündəliyi təsdiqlənəcək, maliyyə hesabatı dinləniləcək, cari il üçün nəzərdə tutulan tədbirlərə hazırlıqdan bəhs olunacaq. İclasda qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti barədə, həmçinin seçkilərin müşahidəsi ilə bağlı məruzələr dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

ATƏT PA-nın 15-ci qış sessiyasında əvvəlcə ümumi komitələrin birgə iclası keçiriləcək. ATƏT-in baş katibi səfir Lamberto Zanerin və qurumun Parlament Assambleyasının xüsusi nümayəndəsi xanım Xedi Frayın məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq. “ATƏT regionunda miqrant və qaçqın böhranı” məsələsi üç komitənin birgə iclasında xüsusi müzakirə mövzusu olacaq.

Siyasi məsələlər və təhlükəsizlik ümumi komitəsinin iclasında “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə” mövzusu ətrafında geniş diskussiya aparılacaq.

Demokratiya, insan hüquqları və humanitar məsələlər ümumi komitəsində “Miqrantların və qaçqınların insan hüquqları” məsələsi diqqət mərkəzində olacaq.

İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitənin iclasında “Miqrasiyanın idarə olunması: ATƏT regionunda iqtisadiyyat üçün imkanlar və çağırışlar” məsələsinə baxılacaq.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiya çərçivəsində bütün iclaslarda fəal iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

1news.az

Paylaş:
767

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər