Bolqarıstanın prezidenti IV Qlobal Bakı Forumunda iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstanın prezidenti IV Qlobal Bakı Forumunda iştirak edəcək

16:49 - 24 / 02 / 2016
Bolqarıstanın prezidenti IV Qlobal Bakı Forumunda iştirak edəcək

Bolqarıstan Respublikasının prezidenti  Rosen Plevneliyev gələn ay Azərbaycana səfər edəcək. 

1news.az-ın məlumatına görə, R.Plevneliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı  ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak edəcək.

Nəzərinizə çatdıraq ki, martın 10-11-də Bakı şəhərində keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu müzakirə olunacaq. Bundan başqa enerji və qlobal idarəçiliyin gələcək perspektivləri  ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qeyd edək ki, Bolqarıstan prezidenti ötən il keçirilmiş III Qlobal Bakı Forumunda da iştirak edib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. 2015-ci ilin oktyabrında Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” mövzusunda keçirilən konfrans cənab Rosen Plevneliyevin himayəsi ilə təşkil edilib.

1news.az

 

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər