Polşada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Polşada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib – FOTO

18:58 - 25 / 02 / 2016
Polşada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib – FOTO

Fevralın 24 -ü Polşanın paytaxtı Varşavada “Erməni yalanına işıq sal!” adlı dinc aksiya keçirilib.

1news.az-ın məlumatına görə, Polşa Azərbaycanlı Gənclər Şurasının təşəbbüsü ilə təşkil  olunan aksiya Varşavanın “Stare Miasto” adlı mərkəzi küçəsində baş tutub.

Aksiya iştirakçıları əllərində  BMT  və  ATƏT  kimi beynəlxalq təşkilatların emblemlerini əks etdirən plakatlar tutaraq, bu qurumların 1992-ci ildə Xocalıda baş verən soyqırıma susmasına etirazlarını ifadə ediblər.

Azərbaycanlı gənclər Polşa xalqını və hökumətini bu qətliama susmamağa çağırıb, şəhər sakinlərini Xocalıda baş verən soyqırımla bağlı məlumatlandırıblar.

Azərbaycan Respublikasının Polşadakı Səfirliyi tərəfindən hazırlanan Xocalı soyqırımı haqqında bröşurlar şəhər əhalisinə paylanılıb.

Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd bildirib ki,  azərbaycanlı tələbələr fevralın 25-də Vroslav şəhərində Xocalı soyqırımı ilə bağlı böyük yürüş keçirəcək.

1news.az

 

Paylaş:
599

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər