Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO

21:03 - 20 / 06 / 2016
Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO

İyunun 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirən birinci xanım Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurla keçdiyinə əmin olduğunu söylədi.

“Şadam ki, Azərbaycanda ilk dəfə keçirilən Formula-1 yarışını siz də izlədiniz”, - deyən Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin sayının artdığına görə Jan Fransua Manselə xüsusi minnətdarlığını ifadə etdi. Fransadan gələn nümayəndə heyətinin tərkibində ölkəmizə ilk dəfədir ki, səfər edənlərin olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bu şəxslərin Azərbaycan reallıqları ilə yaxından tanış olub Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə səylər göstərəcəklərinə ümidvar olduğunu bildirdi.

Heydər Əliyev Fondunun prezidenti ölkələrimiz arasında bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm parlamentlər arasında əlaqələrin inkişaf etdiyini vurğuladı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu əlaqələrin daha da möhkəmlənməsi üçün müxtəlif tədbirlər görüldüyünü dedi.

Humanitar sahədəki əlaqələrə toxunan Mehriban Əliyeva bir ildən artıqdır ki, ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Azərbaycan–Fransız Universitetinin açılışının nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırdı.

“Əminəm ki, humanitar sahədə birgə səylərimiz insanlarımızın bir-birini daha yaxından tanımasına imkan verəcək”, - deyən birinci xanım Mehriban Əliyeva bu səfərin xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması işinə xidmət edəcəyini bildirdi.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel başçılıq etdiyi nümayəndə heyəti adından görüşə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi, nümayəndə heyəti üzvlərinin bundan əvvəl heç vaxt ölkəmizdə olmadıqlarını, amma ürəklərinin artıq Azərbaycanla döyündüyünü söylədi. Jan Fransua Mansel Formula-1 Avropa Qran-pri yarışının Bakıda yüksək səviyyədə keçirildiyini vurğuladı, bu cür beynəlxalq tədbirlərin təşkil edilməsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu qeyd etdi.

Görüşdə Mehriban Əliyevaya Fransa Milli Assambleyası adından xatirə hədiyyəsi təqdim edildi.

1news.az

Paylaş:
630

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər