Türkiyədə Azərbaycan Evinin açılış mərasimi olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə Azərbaycan Evinin açılış mərasimi olub – FOTO

10:03 - 20 / 06 / 2016
Türkiyədə Azərbaycan Evinin açılış mərasimi olub – FOTO

Ankaranın Keçiörən rayon bələdiyyəsinin təşkil etdiyi 7-ci Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində Azərbaycan Gecəsi təşkil olunub.

Bu haqda 1news.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən xəbər verilib.

Məlumata görə, Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və Səfirliyimizin dəstəyi ilə 7-ci Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə Azərbaycan Evinin açılışı həyata keçirilib.

Açılışı Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Respublikası prezidentinin Baş müşaviri Yalçın Topçu, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov və Səfirliyin müşaviri Ramil Qurbanov həyata keçirib.

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara “Heydər Əliyev” və “İlham Əliyev” kitabları ilə yanaşı “İrs-Miras” və “Diplo Atlas” jurnalları və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.        

Tədbirin açılış nitqini həyata keçirən Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Respublikası prezidentinin Baş müşaviri Yalçın Topçu, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov və Səfirliyin müşaviri Ramil Qurbanov öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər.

Natiqlər çıxışlar müddətində ənənəvi olaraq keçirilən bu cür şənliklərin Azərbaycan-Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. Nitqlərin ardından qarşılıqlı olaraq tədbir ilə bağlı hədiyyələr təqdim edilib.       

Tədbir, ölkəmizdən Azərbaycan Gecəsində iştirak etmək üçün gələn muğam qrupunun bir birindən gözəl əsərlər səsləndirməsi ilə başa çatıb.

Tədbirdə Səfirliyin əməkdaşları, Keçiörən ictimaiyyətinin çox sayda nümayəndələri, Ankaradakı diplomatik korpusun rəhbərləri və  KİV üzvləri iştirak edib.

1news.az

 

Paylaş:
453

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər