Ceyms Uorlik: Peterburqda keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində müsbət addımdır | 1news.az | Xəbərlər
Siyasət

Ceyms Uorlik: Peterburqda keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində müsbət addımdır

22:31 - 20 / 06 / 2016
Ceyms Uorlik: Peterburqda keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində müsbət addımdır

 “Sankt-Peterburq şəhərində keçirilmiş görüş, eləcə də birgə bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində müsbət addımdır”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində qeyd edib:

“Biz danışıqlar yolu ilə nizamlanma istiqamətində işləməliyik”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Peterburqda görüşü apreldə münaqişə zonasında baş verən gərginlikdən sonra ikinci görüşü olacaq. İlk görüş mayın 16-da Vyanda Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) XİN rəhbərlərinin iştirakı ilə baş tutmuşdu.

Görüşün yekun bəyanatında aprelin 5-də nail olunan atəşkəsə  riayət edilməsi, hadisələrin tədqiqat mexanizmləri, həmçinin ATƏT-in fəaliyyətdə olan nümayəndələrinin tərkibinin genişləndirilməsi qeyd edilir. Bundan əlavə, yaxın zamanlarda münaqişənin nizamlanması istiqamətində danışıqların yenilənməsindən də bəhs edilir.

Mövzu ilə əlaqədar oxuyun:

İlham Əliyev: Qarabağda status-kvo qəbuledilməzdir, erməni qoşunları oradan çıxarılmalıdır - FOTO - YENİLƏNİB

Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ üzrə görüşü gözlənilir

Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün əsas məqsədini açıqlayıb

1news.az

Paylaş:
931

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər