Çernobıl heyvanlar üçün cənnətə çevrildi – FOTO
26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında (AES) güclü nüvə partlayışından sonra həmin ərazilər “cəhənnəmə” çevrilmişdi.
1news.az xəbər verir ki, güclü radioaktiv şüanımn təsirindən 7000-ə yaxın insan ölüb, 25 min insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır.
300 min insanın təxliyyə edildiyi bu ərazilər xarabalığı xatırladırdı.
Lakin, bu faciədən sağ çıxan heyvanlar o bölgəni tərk etməyərək Çernobılı özlərinə “cənnətə” çeviriblər. Uzun illər keçməsinə baxmayaraq radiasiyanın onlara təsir etmədiyini və həyatlarını davam etdirdikləri məlum olur.
İngilis professor Cim Smit “Curren Biology” adlı jurnalda nəşr etdirdiydiyi araşdırmasında qeyd edir ki, faciədən 30 il keçsə də, Çernobıldakı heyvanların sayı azalmayıb. O yazıb ki, Fukuşimadakı nüvə partlayışından sonra da bölgədəki heyvanlar normal həyatlarını davam etdirmişdilər.
Bir çoxları Çernobıldakı heyvanların yaşam tərzini “insanlar heyvanlar üçün faciələrdən daha təhlükəlidir” kimi şərh edirlər.
1news.az