Vladimir Jirinovski: Tüpürüm Ermənistana. Əgər bazanı götürsək, türklər və azərbaycanlılar onları məhv edər
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski əmindir ki, yoxsul və dağların arasında sıxılmış, cəmi 1 milyon əhalisi qalan Ermənstan Rusiya bazası olmadan mövcud ola bilməz.
“Tüpürüm Ermənistana”, - bu haqda o, life.ru telekanalına müsahibə verərkən Ermənistanda baş verənlər son hadisələri şərh edərkən bildirib.
İrəvanda silahlı dəstənin üzvləri hökumətə təslim olub – VİDEO
“İnsanlar üçün Ermənistan nədir? Orada müntəzəm olaraq iğtişaşlar olacaq. Kiçik ölkə, dağlar arasında sıxılmış, Azərbaycan və Türkiyə arasında yerləşən, heç bir perspektivi və iqtisadiyyatı yoxdur. Artıq orada sadəcə bir milyon erməni qalıb. Dünyada isə cəmisi – altı milyondurlar.
Hamısı qaçıb. Livan, İran, Rusiya, Fransa, ABŞ-a – bütün dünyada gəzirlər. Orada yaşayış yoxdur. Təbii olaraq orada müxtəlif qruplar bir-birinə badalaq vuracaq”, - o, dedi.
“Bizə əhəmiyyət verməsələr – bazanı götürəcəyik. Ayaqlarımıza düşəcəklər ki, bazanı qaytaraq. Bu baza – onların xilasıdır, əks halda türklər və azərbaycanlılar onları məhv edər. Ona görə də Ermənistan üçün narahat olmaq lazım deyil. Onlar bizdən heç vaxt imtina etməz. Əgər imtina edərsə bu, onların sonu olar”.
Jirinovskinin sözlərinə görə, Rusiya bazanı geri götürsə, Azərbaycan dərhal Dağlıq Qarabağı azad edər, türklər isə bu işdə onlara kömək edər:
“Hələ 300 il öncə Ermənistanı İkinci Yekaterina xilas edib”.
RLDP-nin lideri qeyd edib ki, 5-10 il sonra cənubda yeni dövlət yaranacaq - Rusiya, Türkiyə, İran, Suriya və İraq.
“Bu dövlət Rusiya, Ukrayna və Belorusiyadan yaxşı olacaq. Bu da sizin slavyan, provaslav qardaşlarınız. Daha çox satqınlar slavyan və provaslavlar arasındadır. Hamısı satqındır. Bunlar isə sədaqətli olacaq. Çünki onlara təhlükəsizlik bəxş edəcəyik. Bu, möhtəşəm birlik olacaq”, - deyə o, sözlərinə əlavə etdi.
Mövzu ilə əlaqədar oxuyun:
Jirinovski: Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq
1news.az