Çində avtobus-tunel sınaqdan keçirilib - VİDEO
Çində gələcəyin avtobusunun ilk sınağı keçirilib.
1news.az ictnews-a istinadən xəbər verir ki, qeyri-adi nəqliyyat vasitəsi sərnişinləri yolla deyil, yolun üstündən daşınmasına imkan verir.
Xubey Şərqi Çin əyalətində “TEB-1” adlı tunel rolunu oynayan avtobusun sınağı müvəffəqiyyətlə keçib. Sözügedən nəqliyyat vasitəsinin uzunluğu 22 metr, eni 7.8 metr və hündürlüyü 4.8 metrdir.
Avtobus 300-dək sərnişin daşımaq qabiliyyətinə malikdir. Amma yeni avtobusun özəlliyi ondadır ki, yolla deyil, xüsusi relslərin köməyi ilə yolun üstü ilə hərəkət edir. Beləliklə, adi avtomobillər üçün yol zolağı boş saxlanılır.
Ekspertlər “TEB-1” avtobusunun sınağı zamanı onun enerji sərfiyyatını, əyləc sisteminin iş qabiliyyətini yoxlayıblar. Avtobus-portal ilk dəfə 2016-cı ilin mayında Pekində keçirilmiş beynəlxalq sərgidə nümayiş etdirilib. Artıq Braziliya, Fransa, Hindistan və İndoneziya qeyri-adi nəqliyyat vasitəsi ilə maraqlanıb.
1news.az