Qubadlısız 23 il | 1news.az | Xəbərlər
Siyasət

Qubadlısız 23 il

00:01 - 31 / 08 / 2016
Qubadlısız 23 il

Bu gün Qubadlı rayonunun işğal olunmasının 23-cü ildönümü tamam olur. Azərbaycanın bu tarixi ərazisi 1993-cü il avqustun 31-də rus-erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda Ermənistanın Gorus və Qafan rayonları ilə sərhəddə yerləşən Qubadlı strateji əhəmiyyəti ilə seçilirdi. İşğal nəticəsində rayonun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib. Qeyd edək ki, Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları məhz bu rayon ərazisindən keçir.

Qubadlı rayonunda tarixi abidələr, habelə 21 orta, 26 natamam orta, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında 5852 şagird təhsil alır və 1280 müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdu. Rayonda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub vardı. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssəsi əhalinin istifadəsindəydi.

Qubadlı rayonu öz tarixi abidələri ilə də məşhur idi. Gavur dərəsindəki mağara-ibadətgahın tarixi dördüncü əsrə, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri beşinci əsrə, Dəmirçilər türbələri və Yazı düzündəki Cavanşir türbəsi on dördüncü əsrə, Gürcülü kəndindəki türbə on yeddinci əsrə, Xocamsaxlı kəndindəki türbə on səkkizinci əsrə aiddir və bu türbələr həmin yerlərin qədim tarixindən xəbər verirdi.

Qubadlı ərazisində Azərbaycanın digər regionlarını birləşdirən e.ə. ikinci əsrə aid Zəncirvarı qalalar sistemi vardı. Dəmirçilər kəndi ilə Dondarlı kəndi arasında Ağa çayı üzərində Hacı Bədəl körpüsü on doqquzuncu əsrə, Dondarlı kəndindəki məscidin tarixi isə on səkkizinci əsrə aiddir. Rayondan qaçqın düşmüş 31300 nəfər əhali əsasən Sumqayıt şəhərində və ölkənin 42 yaşayış məntəqəsində məskunlaşıb.

Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da12 nəfəri Milli Qəhrəman adına layiq görülüb.

1news.az

Paylaş:
965

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər