Baş nazirlərin görüşündə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı məsələləri müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Baş nazirlərin görüşündə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı məsələləri müzakirə olunub – FOTO

13:06 - 31 / 08 / 2016
Baş nazirlərin görüşündə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı məsələləri müzakirə olunub – FOTO

Azərbaycanın Baş naziri Artur Rasizadə avqustun 31-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, əvvəlcə Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin təkbətək görüşü olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Baş nazir Artur Rasizadə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Bildirildi ki, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri və bu çərçivədə aparılan danışıqlar ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcək.

Söhbət zamanı beynəlxalq sülhün və sabitliyin qorunmasının vacibliyinə toxunan Baş nazir Artur Rasizadə qonaqların diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəldərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün region üçün ağır nəticələr verdiyini vurğulayıb.

Bakıya səfərindən məmnunluğunu bildirən Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın Gürcüstan üçün qardaş ölkə və strateji tərəfdaş olduğunu diqqətə çatdırdı. Tarix boyu xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışan Giorgi Kvirikaşvili hökumətinin bu münasibətləri daha da dərinləşdirmək niyyətində olduğunu söylədi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
673

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər