Əli Həsənov: Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər ölkəmizdə aparılan islahatların nəticəsidir | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər ölkəmizdə aparılan islahatların nəticəsidir

14:01 - 31 / 08 / 2016
Əli Həsənov: Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər ölkəmizdə aparılan islahatların nəticəsidir

Azərbaycanda referendumun keçirilməsində KİV-in rolu böyükdür.

Bu haqda avqustun 31-də Bakıda keçirilən “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə bildirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-na təyin olunmuş referendumla bağlı MSK-nın Təqvim Planının hazırlandığını bildirib.

MSK sədri qeyd edib ki, referendumda əsas tərəflərdən biri KİV nümayəndələridir. Bütün ölkəmiqyaslı tədbirlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianı əvəz edəcək digər bir vasitə yoxdur. Bu baxımdan bugünkü tədbirə xüsusi əhəmiyyət veririk.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Referendum Aktı layihəsi barədə məlumat verən Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir.

“25 illik müstəqillik dövründə Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb. Seçki və referendumların keçirilməsinə bilavasitə məsul olan MSK özünü təsdiqləmiş qurum kimi formalaşıb”, - deyən Prezidentin köməkçisi bu proseslərdə medianın iştirakının yüksək səviyyədə təmin edilməsinin dövlətin marağında olduğunu vurğulayıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov medianın cəmiyyətdə rolunun getdikcə artdığını, xüsusilə seçkilər və referendumlar zamanı onun üzərinə daha məsuliyyətli vəzifənin düşdüyünü diqqətə çatdırıb. O, MSK ilə KİV arasında sıx əməkdaşlığın qurulduğunu vurğulayıb. İndiyədək seçkilərin və referendumların işıqlandırılmasında KİV-lə bağlı hansısa problemin yaranmadığını qeyd edən N.Məhərrəmov referendumqabağı təşviqatda da hər hansı problemin ortaya çıxmasını gözləmədiklərini söyləyib. Şura sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan da söz açıb.

Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək diqqətə çatdırıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı bir sıra işlərin görülməsi vətəndaş cəmiyyəti qurumu olaraq Mətbuat Şurasının qarşısında duran əsas fəaliyyətlərdəndir. Mətbuat Şurası Azərbaycanda keçirilən seçkilərdə və referendumlarda iştirak edərək böyük təcrübəyə yiyələnib. O, əmin olduğunu bildirib ki, referendum zamanı mətbuat nümayəndələri səsvermə ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə, ictimaiyyətin obyektiv informasiya ilə təminatına öz töhfələrini verəcəklər.

Daha sonra MSK-nın sədr müavini Natiq Məmmədovun “Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri. Ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

Tədbir müzakirələrlə davam etdirilib.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın, beynəlxalq qurumların nümayəndələri, KİV rəhbərləri və təmsilçiləri iştirak ediblər.

1news.az

 

Paylaş:
666

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər