Yaşar Aydəmirov: “Ermənistan hakimiyyəti xalqını Azərbaycan “təhlükəsi” ilə qorxudur ” | 1news.az | Xəbərlər
Siyasət

Yaşar Aydəmirov: “Ermənistan hakimiyyəti xalqını Azərbaycan “təhlükəsi” ilə qorxudur ”

15:08 - 11 / 09 / 2016
Yaşar Aydəmirov: “Ermənistan hakimiyyəti xalqını Azərbaycan “təhlükəsi” ilə qorxudur ”

“Silahlı Qüvvələrə ünvanlanan Qurban bayramı təbriki və orada şəxsi heyətə çatdırılan arzu və istəklər belə artıq Ermənistan hakimiyyəti tərəfindən qorxu və hürkü hissi ilə qarşılanır”.

1news.az xəbər verir ki, bu barədə APA-ya Ermənistanın hərbi-siyasi rəhbərliyinin son dövrlər bəzi məsuliyyətsiz və əsassız çıxışlarını şərh edərkən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun sözlərinə görə, aprel hadisələrindən sonra təlaş içində olan erməni siyasi rəhbərliyi, radikal addımlar atmaqla çıxış yolunu hakimiyyətdəki lazımsız “ballastlardan” qurtulmaqda axtarır:

“Əvvəlcə hərbi qurumlardan xeyli sayda yarıtmaz rəhbər heyətin qovulması, hətta bəzilərinə cinayət işlərinin açılması, sonra isə siyasi rəhbərlikdə “təmizləmə” əməliyyatına başlanılması Sarkisyan-Ohanyan cütlüyünün istənilən yolla hakimiyyətdə qalmaq məqsədindən xəbər verir. Bu addımlara özlərinə lazım olan donu geyindirmək üçün isə Ermənistan hakimiyyəti xalqını Azərbaycan “təhlükəsi” ilə qorxudur. Məhz bu səbəbdən də Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanatı rəsmi Yerevan öz hakimiyyətinə potensial təhlükə kimi görür, qorxu və hürkü hissi ilə yanaşır. Bu cür olmasaydı bayram təbrikinə belə erməni tərəfi səksəkəli reaksiya verməzdi”.

Y. Aydəmirov vurğulayıb ki, Ermənistan xalqının, istərsə də onun kriminal hərbi-siyasi rejiminin daima qorxu və vahimə içərisində yaşamaqdan qurtarmağın yeganə və ən düzgün yolu isə Azərbaycan torpaqlarının tez bir zamanda işğaldan azad edilməsindədir.

1news.az

Paylaş:
692

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər