Barselonada yaşayan azərbaycanlılar xeyriyyə aksiyasında iştirak ediblər

Barselona Azərbaycanlıları Cəmiyyəti bu şəhərin yerli təşkilatlarının iştirakı ilə keçirilən xeyriyyə aksiyasına qatılıb.
"Comida en acción" adlı xeyriyyə tədbiri çərçivəsində 200 yoxsul insan üçün şam süfrəsi təşkil edilib.
Xeyriyyə tədbirinin sentyabr ayın sonunadək daha bir dəfə keçiriləcəyi bildirilir.
AZƏRTAC
571