Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

13:39 - 14 / 09 / 2016
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in bu gün Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqin keçirilməsinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Gennadi Petriça və Xristo Xristov nəzarət ediblər.

1news.az

 

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər