Milli Şuranın mitinqində radikal islamçılardan itaətsizlik çağırışları – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Milli Şuranın mitinqində radikal islamçılardan itaətsizlik çağırışları – FOTO

19:29 - 17 / 09 / 2016
Milli Şuranın mitinqində radikal islamçılardan itaətsizlik çağırışları – FOTO

Milli Şuranın bugünkü mitinqində radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov, Nardaran hadisələrinə görə həbs olunmuş Tale Bağırzadənin müraciətini oxuyub.

1news.az xəbər verir ki, T.Bağırzadə faktiki olaraq əhalini müqavimətə, itaətsizliyə, qarşıdurmaya çağırıb.

Maraqlıdır ki, Milli Şuranın mitinqində terrorda günahlandırılan, 7 nəfərin ölümünə səbəbkar olan şəxsin çıxışı və radikal çağırışları səsləndirilir.

Ümumiyyətlə Milli Şuranın mitinqi daha çox dini çalarlarla fərqlənib. Milli Şura bununla din faktorundan geniş istifadə etdiyini, dini və dindarları siyasi mübarizə alətinə çevirdiyini açıq nümayiş etdirib.

1news.az

Paylaş:
1429

Son xəbərlər

Bütün xəbərlər