Sosial media müxalifətə gülür – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sosial media müxalifətə gülür – FOTO

19:17 - 18 / 09 / 2016
Sosial media müxalifətə gülür – FOTO

Çoxsaylı sosial media istifadəçiləri Müsavat Partiyasının sentyabrın 18-də keçirdiyi mitinqi pisləyiblər.

1news.az Trend-ə istinadən xəbər verir ki, onlar mitinqdə iştirak edənlərin sayının az olmasını əsas götürərək müxalifətin cəhdlərini tənqid atəşinə tutdular.

“Yeddi nəfərdən ibarət mitinq”

"Dünən AXCP, bu gün isə Müsavat, toplam heç 1500 adam etmir. Hər partiya ayrı-ayrılıqda 10 minlərlə üzvü olduğunu bəyan edir. Hanı sizin heç olmasa 10 mininiz?" - bir istifadəçi Meydan TV-nin səhifəsində belə şərh yazdı.

“7 nəfərdən ibarət mitinqdir, onun da 4-ü tribunadadır”

"Mıx"alifət bunlardır?"

"Adam yoxduye"

"Olanları elə budur. Hansı sosial dayaqdan danışırsınız?"

"Bunlar, deyəsən, camaatı dolayıb, vallah, musiqi dərsi keçirlər, nədir, baş açmadım"

"Müsavat indiyədək bu qədər zəif və nüfuzsuz olmamışdı"

"Müsavatda müsavatlıq qalıb ki?"

Başqa istifadəçilər isə Müsavat Partiyasının keçmişdə yol verdiyi səhvlərə toxunaraq müxalifətin qabiliyyətsiz olduğunu bəyan etdilər.

"Müsavatda müsavatlıq qalıb ki?"

"Müsavat bu günə kimi nə edib ki, bundan sonra da konkret hədəfləri olsun? Bu günə kimi Müsavatın hədəfi nə olub?"

"Vaxtilə sən İsa hakimiyyətdə olanda nə etdin ki, bundan sonra nə edəsən?"

"İllərdir varlığı bilinməyən müxalifətin gələcəyi olmaz"

"İsa Qəmbər radikal şiələrə necə də yarınır. Görür ki, müsavatçılardan bir şey çıxmadı, indi keçib radikal şiələrə yarınmağa"

"Fələk onsuz da saydığını sayır"

Eyni zamanda, bir qrup istifadəçi bu tip cəhdlərin mənasız olduğuna inanır.

"Bekardılare, fələk onsuz da saydığını sayır"

"Milli Şura ilə Müsavat Partiyası millətin gələcəyini düşünsəydilər, birləşib mitinqi bir yerdə keçirərdilər. Deməli, bunlar öz aralarında razılığa gələ bilmirlər və hakimiyyətə gələndə yenə qayıdacağıq o 90-ci illərin əvvəlindəki xaos dövrünə. Bizə lazımdır bu?"

"Vətən xainləri"

Digər istifadəçilər isə müxalifət rəhbərliyini vətənə xəyanətdə ittiham ediblər.

"Əli Kərimli kimi, İsa Qəmbər kimi vətən xainləri, xarici ölkələrin sifarişi ilə işləyən təlxək sürüsü heç vaxt bu ölkənin sabitliyini poza bilməz. Düzdür, ölkəmiz indi ağır bir sınaqdan keçir, amma bu, tək bizim ölkədə yox, bütün dünyada belədir"

Prezidentə dəstək

Bir xeyli istifadəçi isə səhifəsində şərh yazaraq prezident İlham Əliyevi dəstəklədiyini bildirib.

"Gülməlisiniz, vallah,1000 nəfəri yığa bilmirsiniz, birləşə bilmirsiniz, hələ hakimiyyətə gəlmək istəyirsiniz. Ayıbdır, qəbul edin ki, sizdə dövlət idarə etmək üçün o güc yoxdur, oturun yerinizdə, qoyun cənab prezident işləsin və axırda nəticələri görərsiz..."

"İlham Əliyevdən başqa yalandır"

"İLHAM ƏLİYEVƏ EŞQ OLSUN!"

"Yaşasın möhtərəm prezidentimiz İLHAM ƏLİYEV cənabları! Biz onunla fəxr edirik""

1news.az

Paylaş:
849

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22
Bütün xəbərlər