İtaliya mətbuatı Bakıdan yazdı
İtaliyanın “Turistipercaso” jurnalının elektron variantında jurnalist Marko Lakonettinin müəllifi olduğu “Bakı (2012-2016): şəhərin dəyişikliyinin minlərlə simaları” adlı məqalə dərc olunub.
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyindən 1news.az-a verilən məlumata görə, məqalədə italyan jurnalisti fərqli dövrlərdə Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratları haqqında məlumat verib.
2012-ci ildə Bakıya ilk səfəri, 2016-cı ildə isə növbəti səfərini edən Lakonetti, müşahidə etdiyi inkişafdan məlumat verir və bu dəyişikliklərə heyran qaldığını bildirir.
Bakı memarlığından söz açan müəllif burada Barrokko və Neoklassik nümunələrlə yanaşı, müasir tipli tikililərin, o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Yeni hava limanı, Flame Towers haqqında məlumat verir.
Jurnalist Bakı şəhərinin turistik imkanları haqqında da geniş məlumat verib.
Yazı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://turistipercaso.it/baku/75696/baku-2012-2016-il-cambiamento-della-citta-dai-mill.html
1news.az