Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi Henri Kissencerlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi Henri Kissencerlə görüşüb

11:38 - 21 / 09 / 2016
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi Henri Kissencerlə görüşüb

ABŞ-ın dövlət xadimi, siyasətçi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüş “Appeal of Concience” Fondunun prezidenti Rabbi Artur Schneier tərəfindən Fransa Respublikasının prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafət mərasimi çərçivəsində baş tutub.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq prezidenti Boris Tadiç,  Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq paş naziri Zlatko Laqumdziya və Mərkəzin paş katibi Rövşən Muradov iştirak edib.

H.Kissencerə təşkilatın fəaliyyəti və V Qlobal Bakı Forumu barədə məlumat verilib, Forumun əhəmiyyəti xüsusu vurğulanıb. Bildirilib ki, Qlobal Bakı Forumu artıq dünyanı və Avropanı narahat edən qlobal məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Forumun ölkələr və mədəniyyətlər arasında əməkdaşlıq və əlaqələrin qurulması baxımından da mühüm əhəmiyyət kəsb etdiyi də qeyd olunub.

Qeyd edək ki, 2014-cü ildə nüfuzlu siyasi xadim H.Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub.

Məlumat üçün bildirək ki, H.Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır.

ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissencer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin Xalq Respublikası ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb. H.Kissencer hazırda “Kissenger Associates” beynəlxalq konsaltinq firmasının rəhbəridir.

1news.az

Paylaş:
616

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər