Sudan Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT-in Kontakt Qrupuna qoşulacağını qeyd edib | 1news.az | Xəbərlər
Siyasət

Sudan Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT-in Kontakt Qrupuna qoşulacağını qeyd edib

12:30 - 21 / 09 / 2016
Sudan Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT-in Kontakt Qrupuna qoşulacağını qeyd edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Sudanın xarici işlər naziri İbrahim Qandur ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, İbrahim Qandur BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzvlüyü dövründə Sudana verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib. O, Sudanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini diqqətə çatdırıb. Sudanlı nazir ölkəsinin tezliklə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna qoşulacağını da qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən Elmar Məmmədyarov problemlə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin dəstəklənməsinə görə, Sudan hökumətinə təşəkkürünü bildirib. Nazir Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, yürütdüyü destruktiv və təxribatçı siyasətin münaqişənin həllinə, regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirdiyini vurğulayıb.

Görüşdə tərəflər BMT Baş Assambleyasının gündəliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər