Ermənilər Qarabağda növbəti hərbi təlimlərə başlayıblar | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Qarabağda növbəti hərbi təlimlərə başlayıblar

14:44 - 06 / 10 / 2016
Ermənilər Qarabağda növbəti hərbi təlimlərə başlayıblar

Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təlimlər Ağdam və Ağdərə rayonlarının işğal altında olan ərazilərində keçirilir.

Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləri Ağdamın və ətraf rayonların cəbhəyanı ətraf kəndlərində eşidilir.

1news.az

 

Paylaş:
1270

Son xəbərlər

Bütün xəbərlər