Mütəxəssislər: Bakının erməni “İsgəndər"lərinin qarşısını ala biləcək silahları var – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Mütəxəssislər: Bakının erməni “İsgəndər"lərinin qarşısını ala biləcək silahları var – FOTO – VİDEO

16:24 - 06 / 10 / 2016
Mütəxəssislər: Bakının erməni “İsgəndər"lərinin qarşısını ala biləcək silahları var – FOTO – VİDEO

İsrail Azərbaycanı“İsgəndərləri” məhv edə biləcək silahlarla təchiz etməyi təklif edib.

Bunu 1news.az-a ehtiyyatda olan polkovnik, hərbi mütəxəssis Şair Ramaldanov deyib.

“İsraillilər bizə Ermənistanda yerləşən “İsgəndər” raketlərini məhv edə biləcək silahları verməkdə maraqlıdırlar”, - deyə o əlavə edib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın formal müstəqilliyinin 25-illiyinə həsr olunmuş hərbi paradda bu tip ballistik raket kompleksi də nümayiş etdirilmişdi.

“Rusiyada yeni silah-sursat istifadəyə veriləndə köhnəsindən  qurtulurlar. Güman edirəm ki, ermənilərə köhnə silahlanma ötürülüb. Sadəcə bir neçə şəxs iddia edir ki, Rusiya Ermənistana ən yteni modifikasiyalarını verib. Bu rəsmi qaydada və sənədlə təsdiqlənməyib”, - deyə mütəxəssis əlavə edib.

Ş.Ramaldanov ermənilərin bu raketləri Azərbaycana qarşı istifadə etməyəcəyini düşündüyünü bildirib.

“Bu təqdirdə bizim cavab vermək üçün imkanlarımız daha genişdir. Naxçıvan Muxtar Respublikasında çox qüvvətli hərbi gücümüz var, oradan isə Ermənistanın paytaxtı əlinin içi kimi görsənir”, - deyə ehtiyyatda olan polkovnik qeyd edib.

Öz növbəsində müstəqil ekspert, Berlinin Azad Universiteti yanında Otto Zur adına siyasi araşdırmalar institutunun doktorantı  Heydər Mirzə 1news.az-a bildirib ki, “İsgəndərlərin” imkanlarını şərh edərkən Moskvanın gözlənildiyi kimi öz kommersial və qeyri-kommersiyal anlaşmalarını söz marketinqi ilə dəstəklədiyini deyib.

Onun sözlərinə görə, hələ ki “İsgəndər” hərbi müstəvidə istifadə olunmayıb. Lakin iddia etmək olar ki, Azərbaycanda olan İsrailin “Barak” sistemi ilə bu raketləri vurmaq olar. Bu cür raketlərin bir diviziyonu böyük olmayan bir qəsəbəni məhv edə bilər. Bu raketin partlayışı nəticəsində əmələ gələn dəliyin diametri 20 metr olur. Əgər bu silahlar kimyəvi və ya radioaktiv elementlərlə təchiz olunmayıbsa, verdiyi ziyan böyük deyil. Və onlar strateji hərbi və ya kritiki infrastruktur obyektlərin vurulması üçün nəzərdə tutulub. Mən şəxsən, Azərbaycan tərəfinin bu cür silahların alınması təşəbbüsünə qarşıyam”, - deyə o qeyd edib.

Onun fikirincə, “İsgəndərlər”, münaqişə tərəfləri arasında balansı pozmur və Azərbaycanın qat-qat təhlükəli və ölümcül silahları var.

“Bizim cavabımız assimetrik olmalıdır”, - deyərək H.Mirzə bu məcrada Azərbaycanın öz dronlarını istehsal etməyə başladığını vurğulayıb.

1news.az

Paylaş:
2717

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər