Azad Rəhimov İstanbulda rəsmi səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Azad Rəhimov İstanbulda rəsmi səfərdədir

16:44 - 06 / 10 / 2016
Azad Rəhimov İstanbulda rəsmi səfərdədir

Azad Rəhimov oktyabrın 6-da İstanbulda öz işinə başlayan gənclər və idman nazirlərinin 3-cü sessiyasında iştirak etmək üçün Türkiyədə rəsmi səfərdədir.

1news.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sessiyada gənclər və idman sahələrindəki problemlərin həll yollarının tapılması, ölkələrimizin idman nailiyyətlərinin, idman fəaliyyətinin artırılması, ictimaiyyətin idmana marağının yönləndirilməsi və gənclərin idman sahəsində potensiallarının  gücləndirilməsi  üçün müzakirələrin aparılması  nəzərdə tutulur.

Azad Rəhimov iclasda gənclər və idman sahələri istiqamətində ölkəmizdə həyata keçirilən siyasət haqqında geniş məlumat verib:

“18 oktyabr tarixdə müstəqilliyimizin 25 illiyini qeyd edəcək gənc Azərbaycanın  ölkə əhalisinin 2/3 hissəni 30 yaşdan aşağı gənclər təşkil edir. Gənclər sahəsində bu günə qədər 2005-2015-ci illəri (2005-2009 və 2011-2015-ci illər) əhatə etmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı” həyata keçirilmiş, 20-dən artıq proqramı özündə cəmləşdirən və ilk dəfə olaraq 10 ili əhatə edən “2015-2025-ci illər üzrə Azərbaycan Gənclərinin inkişaf strategiyası” imzalanıb”.

Nazir çıxışı zamanı ölkədə 320 QHT-nin müxtəlif istiqamətlərdə fəaliyyət göstərməsi, 39 Gənclər evinin mövcudluğu  və ümümilikdə gənclər sahəsini əhatə edən bir sıra layihələr haqda məlumat verib.

İdman sahəsi haqqında da geniş informasiya verən Azad Rəhimov ilk olaraq  son XXXI Rio Yay Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı uğurlara toxunaraq, idmançılarımızın vətənə 18 medalla qayıtmasını, bununla da, medal sayına görə Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ci yerdə olduğumuzu diqqətə çatdırıb.

 “Azərbaycan daim beynəlxalq səviyyəli idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edərək, dünyada idman ölkəsi olaraq böyük nüfuz qazanıb. Məhz 2015 ilk Avropa Oyunları, Formula 1 Grand Prix turniri və 2017-ci ildə rellaşacaq IV İslam Həmrəyliyi oyunları qeyd olunanların bariz nümunəsidir”, - Azad Rəhimov bildirib.

Nazir çıxışı əsnasında nazir IV İslam Həmrəyliyi oyunlarına geniş şəkildə toxunaraq, ətraflı məlumatı iştirakçıların diqqətə çatdırıb və oyunlarla bağlı iştirakçılara daha ətraflı məlumatın verilməsi üçün videoçarx nümayiş olunub.  Bununla yanaşı, Azad Rəhimov iclasda müzakirə olunan mövzularla bağlı da rəy bildirib, fikir mübadiləsi aparıb .

İslam Sammiti Konfransının 13-cü sessiyası sonrası baş tutacaq gənclər və idman nazirlərinin Konfransında  həmçinin “İƏT 2025 Fəaliyyət Planı”ndakı gənclər və idman sahəsi ilə bağlı  prinsip və məqsədlərə nail olmaq üçün effektiv strategiyaların həyata keçirilməsi ilə bağlı

İclasda Dialoq və Əməkdaşlıq uğrunda  İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Gənclər Fəaliyyəti , o cümlədən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF)  İdman Fəaliyyəti haqqında hesabatı, İslam Əməkdaşlıq Təşkilatının gənclər strategiyası və birgə gənclər siyasəti, həmçinin idman strategiyası ilə bağlı təqdimatların  keçirilməsi nəzərdə tutulub. Konfransda İƏT Gənclər Strategiyası, İƏT Idman Strategiyası, Gənclər üzrə qətnamələr, İdman məsələləri üzrə qətnamələr, konfransın yekun hesabatı,  İstanbul Bəyannaməsi, növbəti konfransın yeri və vaxtı ilə bağlı yekun sənədlər qəbul olunacaq.

Qeyd edək ki, gənclər və idman nazirlərinin 3-cü sessiyası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri Şurasının 42-ci sessiyasına (Küveyt, 27-28 may, 2015-ci il) və gənclər və idman nazirlərinin İslam Konfransının 2-ci sessiyasının (Ciddə, 17-18 mart, 2014-cü il) qərarlarına əsasən keçirilir.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Prezident yanında Gənclər  Fondunun icraçı direktoru Fərhad Hacıyev və Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov da daxildir.

1news.az

Paylaş:
437

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər