Azərbaycan Ordusunun əsgəri şəhid olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun əsgəri şəhid olub

10:35 - 06 / 10 / 2016
Azərbaycan Ordusunun əsgəri şəhid olub

Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

“Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”- deyə, MN-dən bildiriblər.

1news.az

 

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər