“Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” məqalələr toplusu çapdan çıxıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” məqalələr toplusu çapdan çıxıb – FOTO

11:44 - 06 / 10 / 2016
“Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” məqalələr toplusu çapdan çıxıb – FOTO

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” məqalələr toplusu çapdan çıxıb.

1news.az-ın məlumatına görə, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyası ilə bağlı dəyərli fikirləri ilə başlayan toplunun ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. 

“Müstəqil Azərbaycanın 25 ili” başlıqlı geniş “Ön söz əvəzi” ilə oxucu auditoriyasına təqdim olunan bu topluda 49 dövlətin Azərbaycan Respublikasına akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin, həmçinin BMT, Avropa İttifaqı, TürkPA və TRASEKA kimi beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərin rəhbərlərinin təmsil etdikləri ölkələrin və qurumların Azərbaycanla əlaqələrinin 25 illik tarixinə, əldə olunan nəticələrin qiymətləndirilməsinə, münasibətlərin perspektivlərinə həsr olunmuş məqalələr toplusu Azərbaycan və ingilis dillərində təqdim olunub. Heç bir kateqoriyaya daxil edilmədən, ölkələrin adlarının əlifba sırasına əsasən düzülmüş məqalələrdə Azərbaycanın xarici siyasəti, ikitərəfli münasibətlər geniş şəkildə təsvir edilmiş, keçilmiş yolun çətinlikləri, nailiyyət və uğurları, həmçinin perspektivləri haqqında məlumat verilib.

Məqalələrin əksəriyyətinin ana xətti budur ki, mürəkkəb geosiyasi regionda yerləşməsinə və çətin inkişaf yolu keçməsinə baxmayaraq, bu gün Azərbaycan Respublikası dünya birliyinin müstəqil siyasi subyekti kimi balanslaşdırılmış, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirir.

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin yaradıcılıqla və uğurla davam etdirdiyi müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyası Azərbaycanın regionun lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilməsinə imkan yaratmışdır. Artıq Azərbaycan istər regional və qlobal təhlükəsizliyin təmin edilməsində, istərsə də enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin tərtib etdiyi və ölkəmizin 25 illik müstəqillik tarixinə dəyərli töhfə olan bu toplu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilib.

1news.az

 

Paylaş:
611

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər