İtaliya mətbuatı: “Qarabağ münaqişəsi BMT-nin dörd qətnaməsi əsasında çoxdan həllini tapmalı idi” | 1news.az | Xəbərlər
Siyasət

İtaliya mətbuatı: “Qarabağ münaqişəsi BMT-nin dörd qətnaməsi əsasında çoxdan həllini tapmalı idi”

23:09 - 05 / 10 / 2016
İtaliya mətbuatı: “Qarabağ münaqişəsi BMT-nin dörd qətnaməsi əsasında çoxdan həllini tapmalı idi”

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin xüsusi buraxılışı olan “Gli Occhi della Guerra”da jurnalist Matteo Karnielettonun Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə əsasında hazırladığı “Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyik” adlı məqaləsi dərc olunub.

1news.az-ın məlumatına görə, məqalədə bildirilir ki, 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərinin “sürgündə” olan icra başçısı və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri olan Bayram Səfərov öz şəhəri və iyirmi ildən artıq davam edən əzabları barədə danışarkən öz kədərini gizlədə bilmir.

B.Səfərov ermənilərin hərbi təcavüzündən sonra 1992-ci ildə Şuşanı yalnız əynindəki geyimlə tərk etməyə məcbur qaldığını, bəzilərinin canlarını qurtara bildiyini, bəzilərinin isə artilleriya və snayper atəşləri nəticəsində həyatlarını itirdiklərini bildirib.

Daha sonra qeyd olunur ki, Dağlıq Qarabağda müharibə iyirmi ildən çox bir müddətdə davam edir və hər il həlak olan insanların sayı artır. Erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılır və münaqişənin qeyd olunan qətnamələr əsasında çoxdan həllini tapmalı olduğunu bildirilir.

Məqalədə Azərbaycanın sülh yolu və diplomatik vasitələrlə münaqişənin həllinə çalışdığı, bununla belə öz ərazilərini geri qaytarmaq üçün digər bütün vasitələrdən istifadə edə biləcəyi vurğulanır. Bildirilir ki, nəinki gənclər, hətta yaşı altmışı ötmüş B.Səfərov belə döyüşə getməyə hazırdır.

Münaqişənin etnik zəmində baş vermədiyi fikri qeyd olunur. Hal-hazırda Azərbaycanda bir çox etnik azlıqlarla yanaşı, 40 min erməninin dinc şəraitdə yaşaması faktının bunu təsdiqlədiyi vurğulanır. Ermənistanda isə yalnız ermənilərin yaşamasının, bu dövlətin etnik azlıqlara münasibətinin göstəricisi olduğu bildirilir.

1992-ci ildən bəri Şuşaya gedə bilməyən B.Səfərovun həmin şəhərdə yerləşən ata-anasının qəbrini ziyarət etməkdən məhrum olmasından təəssüfləndiyi qeyd olunur.

1news.az

Paylaş:
653

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər