Dünyanın aparıcı “beyin mərkəzlərinin” rəhbərləri Bakıda Azərbaycanın qlobal arenada perspektivlərini müzakirə ediblər – FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Siyasət

Dünyanın aparıcı “beyin mərkəzlərinin” rəhbərləri Bakıda Azərbaycanın qlobal arenada perspektivlərini müzakirə ediblər – FOTOREPORTAJ

14:27 - 07 / 10 / 2016
Dünyanın aparıcı “beyin mərkəzlərinin” rəhbərləri Bakıda Azərbaycanın qlobal arenada perspektivlərini müzakirə ediblər – FOTOREPORTAJ

Bu gün Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)  təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, Türkiyə, ABŞ, Rusiya, İran, Qazaxıstan, Türkmənistan, Macarıstan, Gürcüstanın nüfuzlu “beyin mərkəzlərinin” nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk olaraq giriş nitqi ilə SAM-ın direktoru Fərhad Məmmədov çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbər müavini, Xarici əlaqələr şöbəsinin müdiri, Birinci dərəcəli dövlət müşaviri Novruz Məmmədov çıxış edib.

O, öz nitqində qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edir. Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə uğurla irəliyə gedir:

“Ötən 25 il ərzində Azərbaycan uğurlu və şərəfli yol keçib, ancaq bu müddətdə dünyanın keçdiyi yol ürəkaçan olmayıb. Ötən müddətdə ölkəmiz çətin və ağır sınaqlardan da keçib”.

PA rəsmisi öz nitqində bildirib ki, bu gün Azərbaycan balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir:

“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Ölkəmiz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq dünyada sülhün bərqərar olmasına öz töhfəsini verir. Azərbaycan Avropa ölkələri ilə də əlaqələri genişləndirir. Ölkəmiz, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə önəm verir və bu əlaqələri inkişaf etdirir”.

Daha sonra konfrans işini birinci sessiyada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın  sədrliyi ilə “Azərbaycan qlobal arenada: Nailiyyətlər və çağırışlar” mövzusunda davam etdirib.

Panellərdə Macarıstanın Xarici Məsələlər və Ticarət İnstitunun direktor müavini Laszlo Vasa, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru  Sergey Markov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, ABŞ Ceymstaun Fondunun prezidenti Qlen Hovard, Helvan Universitetinin professoru, Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin keçmiş direktoru Adel Darviş çıxış edib.      

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov qeyd edib ki, Azərbaycanın 25 illik inkişafı heyrət doğurur, iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Qazaxıstan postsovet ölkələrini qabaqlayıb.

SAM rəhbəri Fərhad Məmmədov öz çıxışında iştirakçıların diqqətini respublikanın  xarici siyasətində çoxvektorluluğa yönəldərək qeyd edib ki, bu da ölkəmizin ona yaxın dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulması üçün əsası yaratmağa imkan verir.

Ceymstaun Fondunun prezidenti (ABŞ) Qlen Hovard öz çıxışında Azərbaycanın siyasi əhəmiyyətinin davamlı artımını proqnozlaşdırıb.

Ölkəmizin dünya arenasında artan əhəmiyyətini Helwan Universitetinin professoru, Misir Mədəniyyəti Mərkəzinin sabiq direktoru Adel Dərviş də vurğulayıb.

Konfransın ikinci sessiyasında  “Azərbaycan yolların kəsişməsində: Regional baxış” mövzusu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayevanın sədrliyi ilə keçirilib. 

Bu sessiyada Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru  Ali Resul Usul, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Seyed Kazem Sajjadpur, MQIMO Universitetinin PostSovet Araşdırmaları Mərkəzinin direktoru  Stanislav Çernyavski, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru  Yerlan Karin, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi Giorgi Badridze, Türkmənistanın Xüsusi tapşırıqlar üzrə səfiri  Murad Nazarov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri  Cavid Vəliyev çıxış edib. 

Konfransda  son nitqlə SAM-ın direktoru Fərhad Məmmədov çıxış edib.

1news.az

 

Paylaş:
1144

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər