Mübariz Əhmədoğlu: “Minsk qrupunun fəaliyyəti Azərbaycan və Ermənistan tərəfindən maliyyələşdirilməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Minsk qrupunun fəaliyyəti Azərbaycan və Ermənistan tərəfindən maliyyələşdirilməlidir”

12:39 - 07 / 10 / 2016
Mübariz Əhmədoğlu: “Minsk qrupunun fəaliyyəti Azərbaycan və Ermənistan tərəfindən maliyyələşdirilməlidir”

ATƏT-in Minsk qrupunun həmsədrləri faktiki olaraq ATƏT-in büdcəsini dağıtmaqla məşğuldurlar.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupu ilə bağlı son günlər səslənən fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, ATƏT MQ həmsədrlərin fəaliyyəti iki sualı kifayət qədər ciddi aktuallaşdırır:

“Birincisi, əgər Ağdam və ya Qubadlı rayonları Azərbaycana qaytarılırsa, orada niyə müşahidə və yaxud nəzarət mexanizmləri qurulmalıdır. Həmsədrlər bəyanatları ilə təxminən 100 dəfə bu məntiqsizliyi dəstəkləyiblər. İkincisi, əgər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün şərait yetişməyibsə ATƏT MQ həmsədr ölkələrinin bu qədər siyasi diplomatik və ya bəlkə də maliyyə resursu xərcləməyə nə ehtiyac var?! ATƏT MQ həmsədrləri faktiki olaraq ATƏT-in büdcəsini dağıtmaqla məşğuldurlar.

Ola bilər ABŞ, Rusiya və Fransa xarici siyasət idarələri pula ehtiyac duymurlar. Amma Ermənistanın Xarici İşlər Nazirliyinin puldan ehtiyacı var. ER Xİ naziri E.Nalbandyanın xarici səfərlərə gedərkən təyyarə biletini biznes klasa alması Ermənistan mətbuatında ən ciddi müzakirə olunan məsələlərdən biridir. ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yaxınlarda mümkün olmadığını bildirdi. Səbəb kimi şəraitin yetişmədiyini göstərdi. Ola bilər bu Suriyada ABŞ-ın Rusiyaya uduzması ilə əlaqədardır. Amma bunun bizim üçün o qədər əhəmiyyəti yoxdur. Əhəmiyyətli odur ki, ATƏT MQ həmsədrləri Azərbaycana gələrkən dövlət rəsmiləri onlar üçün müəyyən vaxt ayırır, siyasi diplomatik resurs, bəlkə də maliyyə resursu xərcləyir”.

ATƏT-in büdcəsinin formalaşdırılmasının getdikcə problemli məsələyə çevrildiyini deyən M.Əhmədoğlu əlavə edib ki, səmərəsiz xərclər ATƏT-in büdcə probleminin əsasını təşkil edir. Politoloq Minsk qrupunun ATƏT tərəfindən maliyyələşdirilməsinin dayandırılmalı olduğunu da vurğulayıb:

“Minsk qrupuna ATƏT-in büdcəsindən ayrılmış vəsait səmərəsiz xərclənib. ATƏT MQ 22 illik fəaliyyəti dövründə tənzimləmə şəraiti yarada bilməyib. Bunu ABŞ-ın dövlət katibi C.Kerri rəsmən etiraf etdi. Aprel müharibəsi ATƏT MQ-nin məhsuludur. Minsk qrupu ATƏT-in pulunu müharibə şəraiti yaratmağa xərcləyib. Ona görə də Minsk qrupunun ATƏT tərəfindən maliyyələşdirilməsi dayandırılmalıdır. ATƏT MQ-nin fəaliyyəti maraq doğurursa, Azərbaycan və Ermənistan onu maliyyələşdirməlidir. Kerri kimi ermənipərəst qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində rolu çox olsa da, rəsmi vasitəçi ATƏT MQ-dir. Ona görə də məhz bu qurum büdcə maliyyələşməsindən məhrum edilməlidir”.

1news.az

 

Paylaş:
889

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər