Fransalı jurnalistlər cəbhə bölgəsindən reportaj hazırlayırlar - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fransalı jurnalistlər cəbhə bölgəsindən reportaj hazırlayırlar - FOTO

20:31 - 08 / 10 / 2016
Fransalı jurnalistlər cəbhə bölgəsindən reportaj hazırlayırlar - FOTO

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizə gəlmiş Fransanın məşhur “l'Opinion” qəzetinin müxbiri Klod Löbian, “TTU” qəzetinin baş redaktoru Qiyen Monsuən və “Institute European Perspective and Security” beyin mərkəzinin direktoru Emanüel Düpüi oktyabrın 8-də Tərtər rayonuna səfər ediblər.

1news.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayonun ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törədirlər.

Fransalı jurnalistlərin diqqətə çatdırılıb ki, bu ilin aprel ayında erməni silahlı qüvvələrinin atəşkəsi aramsız pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də 15-20 kilometr aralıda yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar atılıb. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, ikisi məcburi köçkün olmaqla, 3 nəfər həyatını itirib. Atəşkəsin pozulması nəticəsində 198 məcburi köçkünün yaşadığı 52 ev yararsız vəziyyətə düşüb. Məcburi köçkünlərin kompakt yaşadığı bir sıra kəndlərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan vurulub.

Qeyd edilib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsirlər və nəticədə 31 min hektardan çox əkin sahəsinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir, flora və fauna məhv edilir.

Sonra Fransanın KİV nümayəndələri rayon ərazisində yerləşən hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baxıb, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Fransalı jurnalistlərə, həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində vaxtilə onların özləri tərəfindən tikilmiş “Marağa 150” abidəsinin qalıqları göstərilib.

1news.az

 

Paylaş:
989

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər