Ermənilər mövqelərimizi atəşə tutublar | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər mövqelərimizi atəşə tutublar

12:01 - 09 / 10 / 2016
Ermənilər mövqelərimizi atəşə tutublar

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.

1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər