Rusiyalı mütəxəssislər Sarkisyanın niyə Suriya ermənilərini Qarabağa dəvət etməsi və Moskvanın İrəvana “İsgəndər”-ləri verməsi barədə - FOTO
Ermənistanda sosial-iqtisadi vəziyyət pisləşdikcə və ölkə daxilində cəmiyyətin narazılığı ciddiləşdikcə Serj Sarkisyanın hakimiyyəti “sivil metodlarla” əllərində saxlama şansı azalır.
Bu fonda Sarqsyan rejimi, həmişəki kimi, Qarabağda, sülh danışıqlarına xələl gətirən və daxili narazılığı “xarici qıcıqlandırıcı” olan Azərbaycana yönəltməyə planlaşdırılmış, növbəti gərginlik yaratmağa cəhd edir.
Beləliklə, son günlərdə qoşunların təmas xəttində, Azərbaycan ordusunun mövqelərini qumbaratanlardan və iriçaplı silahlardan atəşə tutan erməni silahlı bölmələrinin təxribatları nəticəsində, vəziyyətin gərginləşməsi müşahidə olunur.
Mütəxəssislərin dəfələrlə qeyd etdiyi kimi, hakimiyyəti əldə saxlamaq üçün Serj Sarqsyan istənilən yola – göz pərdəsi yaratmaq üçün kadr dəyişikliyindən Qarabağda təxribat həyata keçirməyədək əl atır.
Bununla yanaşı Ermənistan prezidenti Kremldən tutmuş diaspor ermənilərinədək müxtəlif təsir mərkəzlərinin istəklərini yerinə yetirməyə çalışır.
Məsələn, bu yaxınlarda Suriya erməni icması ilə görüşündə Sarqsyan hər bir suriyalı erməninin ölkəsini tərk etdiyi halda Ermənistanda gəlmək hüququ olduğunu bildirib.
Anlaşılandır ki, o, Suriya erməniləri dəvət etməklə onları Qarabağda məskunlaşdırmaq məqsədi güdür. Bu “ehtiyatlılıq” hakimiyyəti əldə saxlamağa yönəlmiş planın bir hissəsidir və bunun üçün Sarqsyan hətta Hələbin erməni icmasını “ləğv etməyə” hazırdır, lakin bir neçə il öncə vəziyyəti daha yaxşı olarkən Ermənistan prezidenti bu icmanın qournmasının vacibliyi haqda dəm vururdu.
Ermənistan KİV-lərinin yazdıqlarına görə, ölkə prezidenti guya “Ermənistanın və diasporanın inteqrasiyası” naminə etniki ermənilərə “növbədənkənar” vətəndaşlıq verməyə hazırdır.
Buna baxmayaraq, erməni “polittexnoloqları” qeyd edirlər ki, bu vaxtadək Ermənistan, müxtəlif tərkibə və məqsədlərə malik olan, diaspora ilə sıx təmasda maraqlı deyildi.
Təəcüblü deyil ki, rejim, hakimiyyəti bölüşməmək üçün, nüfuzlu erməniləri yanına buraxmırdı. Lakin, indi “inteqrasiya” hakimiyyət tərəfindən yeganə sağ qalmaq yolu kimi qiymətləndirilir.
Təmas xəttindəki cari vəziyyətə gəldikdə isə, mütəxəssislər Qarabağda gözlənilməz nəticələrə malik olacaq gərginliyin yeni eskalasiyanı istisna etmirlər.
Bölgənin ən müasir silahlarla silahlanmasını nəzərə alsaq, mütəxəssislərin narahatlığı tamamilə əsaslıdır. Bu konteksdə Rusiyanın Ermənsitanı silahlandırması, xüsusən də “İsgəndər” komplekslərini verməsi, vəziyyəti daha da mürəkkəbləşdirir.
Məhz bu silahlandırma Ermənistanın yüksək səviyyəli rəsmilərini Bakının ünvanına populist bəyanalarla çıxış etməyə ürəkləndirdi.
Qarabağda vəziyyətin necə cərəyan edə biləcəyini, “İsgəndərlərin” bölgə üçün hansı təhlükə daşıdığını, Sarqsyanı nəyin hakimiyyətdə kadr dəyişikliyinə məcbur etdiyini və başqa məsələləri 1news.az rusiyalı mütəxəssislərlə müzakirə edib.
Hakimiyyət strukturunda perspektivsiz yerdəyişiklikləri...
Rusiyanın İnnovasyon inkişaf institutunun Strateji təhlil mərkəzinin direktoru Andrey İvanovun fikrincə, Ermənistan hakimiyyətində kadr dəyişiklikləri, xüsusi olaraq, iqtisadi çətinliklərdən qaynaqlanan, ölkənin daxili siyasi vəziyyəti ilə bağlı idi.
“Sarqsyan vətəndaşlarına hakimiyyətin onlarının həyatını yaxşılaşdırmaq haqda düşündüyünü, vəziyyəti yaxşılaşdırmağa çalışdığını göstərməyə məcbur idi. Lakin yeni nazirlər kabineti cari problemləri həll edə biləcəkmi? Müasir inkişaf layihəsi təqdim edə biləcəklərmi? Əsas budur. Çünki cari inkişaf, daha doğrusu isə həyatda qalmaq modeli uğursuz olduğunu isbatladı. Ermənistanda, demək olar ki, insan qalmayıb. Sovet vaxtı ilə müqayisədə, Ermənistanın əhalisi ciddi azalıb və bu ölkə üçün böyük faciədir. Düzdür, tarixdə məhdud resurslara malik olan ölkənin möhtəşəm inkişaf tempi sərgiləməsi halları olub. Məsələn, Li Kuan Yu dönəmindəki Sinqapurun modernizasiyası. Lakin bunun üçün tamamilə başqa paradiqma lazımdır. Sarqsyan Ermənistana bu cür ideya təklif edə bilərmi? Məncə yox. Bu heç müxalifətin də əlindən gəlməyəcək. Deməli, nazirlər kabinetindəki dəyişikliklər, ani siyasi oyundur və inkişaf strategiyasına aid deyil”, - deyə İvanov qeyd edib.
İrəvandakı “İsgəndərlərin” sahibi kimdir?
İvanovun sözlərinə görə, “İsgəndər” güclü silahdır, və müdafiə yox, hücum xarakterli kompleksdir, və sözsüz ki, belə komplekslərin Ermənistana verilməsi, bölgədəki vəziyyətə müəyyən intriqa qatır.
“Lakin bu Cənubi Qafqazda güc balansını dəyişmir.
Əvvəla, bir-neçə kompleks vəziyyəti dəyişə bilməz. İkincisi, Moskva bunda maraqlı deyil. Çox illərdir ki, Rusiya eyni sxemlə Cənub Qafqaz ölkələrinə silah verir. Azərbaycan Rusiya ilə iri silah təchizatı ilə bağlı müqavilə imzalayır, pul ödəyir, sonra isə Kreml Ermənistana havayı olaraq eyni həcmdə, lakin köhnəlmiş silah verir. Hərbi cəhətdən üstünlüyə malik olmaq üçün Azərbaycan Moskva ilə növbəti müqavilə bağlayır, lakin Rusiya, müqavilələrin çox olması üçün, yenə də pulsuz olaraq Ermənistanı silah-sursat ilə təchiz edir. Moskva əla bilir ki, Ermənistan “İsgəndərləri” tətbiq etməyəcək, çünki bunun üçün əsaslı səbəb lazımdır.
Dağlıq Qarabağ belə səbəb ola bilməz, çünki bütün beynəlxalq sənədlərə əsasən, bu bölgə Azərbaycanın bir hissəsi kimi tanınır. Açığı heç Azərbaycanın özü Ermənistana təhdid sərgiləməyib, onun torpağını işğal etməyə çalışmayıb. Bu silahların Ermənistandan Dağlıq Qarabağa keçməsini təsəvvür etmək belə çətindir. Çünki bu cür komplekslər daimi və ciddi nəzarət altında olurlar.
Xatırladım ki, Ermənistan indiyə qədər Dağlıq Qarabağı tanımağa belə cürət etməyib.
Qanunauyğun sual ortaya çıxır: niyə Rusiya Ermənistana “İsgəndər” komplekslərini ötürüb? Düşünürəm ki, məsələ daxili siyasi vəziyyətlə bağlıdır. Sarqsyanı tez-tez tənqid edirlər ki, o Rusiya ilə yaxınlaşma kursunu götürüb, Ermənistan Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına üzv olaraq uduzub, gərək avrointeqrasiya yolu ilə getmək lazım idi.
Yəni, əhali gileylənir ki, AİƏ-yə, KTMT-yə üzvük, lakin real müdafiə görmürük. Buna görə də, Moskva ermənilərin görmək istədiyini onlara verdi. İndi çətin ki, kimsə Rusiyanın kömək etməməsi barədə söhbət aça. Bununla yanaşı, gətiridiyim səbəblər üzündən, Moskvanın İrəvana verdiyi silahlar, tamamilə yararsızdır. Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqidir. Nəticə olaraq – Rusiya Ermənistana öz yaxşı münasibətlərinin sübutunu göstərdi, lakin eyni zamanda, Ermənistanda siyasi sabitliyi gücləndirərək, bölgədə güc balansını dəyişmədi”, - deyə İvanov vurğulayıb.
Digər tərəfdən, o, Ermənistanın “İsgəndərlərin” əsl sahibi olduğuna şübhə etdiyini etiraf edib.
“Bunlar çox mürəkkəb sistemlərdir. Adətən onlar divizion şəklində gətirilirlər, bu isə 12 kompleksdir. Bundan əlavə, 12 maşın bu qyurğuları döyüş vəziyyətinə gətirmək üçün lazmdır, 11 komanda-qərargah maşınını yaddan çıxarmayın. Ümumi olaraq bunun üçün 51 maşın lazımdır. Bu təsərrüfata Ermənistanda kim baxacaq, onu harada yerləşdirəcəklər, kimləri qoruyacaq? Böyük ehtimalla, komplekslər Rusiya bazasında yerləşir, sadəcə olaraq hərbi parad vaxtı onları nümayiş etmək üçün ermənilərə veriblər. Səbəb isə cəmiyyətdə sabitliyin dəstəklənməsidir”, - deyə İvanov vurğulayıb.
Dağlıq Qarabağda suriyalı ermənilər var?
Mütəxəssisin fikrincə, Sarqsyanın suriyalı erməniləri dəvət etməsi ani siyasi xeyir güdürdü.
“Suriyada ermənilər həqiqətən pis vəziyyətdə yaşayırlar. Bu gün orada hamı çətin vəziyyətdədir. Faktiki olaraq Hələbin erməni icması yox edilir və Sarqsyan buna nə təsir edə bilər, nə də qarşısını ala bilər. Suriyada insanların sağ qalması uğrunda Ermənistan yox, Rusiya savaşır. Ermənilərə kömək etmək üçün, ən azı siyasi müstəvidə Rusiyanın Suriyada atdığı addımlarını dəstəkləmək lazımdır.
Dağlıq Qarabağda suriyalı ermənilərin məskunlaşdırılması məsələsinə gəldikdə isə, bu açıq-aydın təxribatdır. İlk olaraq, Dağlıq Qarabağ Ermənistanın ərazisi deyil ki, Sarqsyan ora kimisə dəvət edə. Bu bəyanatı hansısa əsassı erməni müxalifətçisi versə idi hardasa göz yummaq olardı. Lakin bunu ölkənin prezidenti deyir... Bundan əlavə, Dağlıq Qarabağ sabit ərazi deyil. Bir sözlə, Sarqsyan suriyalı erməniləri bir təhlükəli zonadan başqa təhlükəli zonaya dəvət edir. Əlbəttə ki, bu ciddi qəbul edilə bilməz. Belə çıxır ki, Sarqsyan məsuliyyətsiz bəyanat verir. Bəs yaxşı, birdən Suriyada yaşayan adi ermənilər onun sözünə inanıb gəlsələr, onda necə olacaq?”, - deyə İvanov qeyd edib.
Qarabağda müharibə qaçınılmazdır?
Öz növbəsində, Rusiyanın Elmlər Akademiyasının Şərqşünaslıq institunun Mərkəzi Asiya və Qafqazla bağlı araşdırmalar mərkəzinin işçi qrupunun əlaqələndiricisi, rusiyalı mütəxəssis Aleksandr Skakov vasitəçilərin sülh prosesini fəallaşdırmağa çalışdığını, lakin onların səylərinin sonsuz olmadığını qeyd edib.
“Qorxuram ki, müharibə qaçınılmazdır. Əgər İrəvanda və ümumi olaraq dünyada kardinal dəyişikliklər olmasa, böyük ehtimalla bu üzümüzə gələn yazda baş verəcək”, - deyə Skakov bildirib.
Bununla yanaşı, mütəxəssis erməni diasporunun müxtəlif olduğunu qeyd edib.
“Cəmiyyətdə az dəstəyə malik olan Sarqsyan qıraqda imdad axtarır. İrəvanın məntiqi ilə işğal olunmuş ərazilərdə insanları məskunlaşdırmaq lazımdır. Yəni, 25 ildən sonra heç kim onların işğal olduğunu deməyəcək, fikrindədirlər. Sarqsyan Qarabağ məsələsində güzəştə gedə bilməz, çünki bu halda hakimiyyəti itirəcək.
Ölkə daxilində protestlər başlayacaq. Digər tərəfdən, Ermənistanın siyasi elitası da güzəştlərə getməyəcək və bunu cari hakimiyyəti devirmək üçün istifadə edəcək”, - deyə Skakov bildirib.
1news.az