Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

11:21 - Bu gün
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti azalıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,66% azalaraq 3 385,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 2,42% azalaraq 36,35 ABŞ dolları olub.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər