Zakir Həsənov İrana başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov İrana başsağlığı verib

Qafar Ağayev17:19 - 13 / 06 / 2025
Zakir Həsənov İrana başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığı mesajında bildirilib:

"İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm".

Paylaş:
121

Son xəbərlər

Bütün xəbərlər