Fərhad Məmmədov: “Artsax” adının nə erməni dilinə, nə də erməni xalqına aidiyyatı yoxdur
İyirmi ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi zamanı erməni tərəfi dəfələrlə təxribatçı əməllərə üz tutub. Və bu, hələ də bunu davam edir.
Yaxın günlərdə erməni tərəfinin daha bir təxribatının şahidi olduq.
Bu dəfə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz separatçı rejimi çərçivəsində “konstitusiya dəyişikliyi” edərək “Artsax respublikası” yaratmaq istəyib.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı rəsmi Bakının mövqeyini bildirib ki, bu təşəbbüs beynəlxalq ictimaiyyətin, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərini yanlış fikirlərə sövq edir.
Məsələ ilə bağlı 1news.az-a şərh verən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib ki, bu təşəbbüsün bir məqsədi var – beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara mane olmaqdır.
“Separatçı rejimin “Artsax” adına dəyişdirilməsi heç bir əhəmiyyət daşımır. Ermənilər bu yolla sülh danışıqlarını təxribata uğradır. Bu da münaqişənin nizamlanması prosesinə mənfi təsir göstərə bilər. Bu adla istənilən manipulyasiya heç bir dəyişiklik yarada bilməz. Belə ki, bütün dünya bilir ki, söhbət ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən gedir. Ermənilər 25 il ərzində işğalçı rejimin “müstəqil dövlət” kimi təsdiq edilməsinə nail ola bilmədilər. Eləcə də “Artsax” adı ilə də heç nəyə nail ola bilməyəcəklər”.
Ekspertin sözlərinə görə, “Artsax” adının nə erməni dilinə, nə erməni xalqına, nə də qondarma “Böyük Ermənistana” aidiyyatı yoxdur:
“Bir zamanlar “Artsax” Qafqaz Albaniyasındakı xalqların məskunlaşdığı əyalət idi. Eləcə də bu tarixi fakt istər Azərbaycanın, istərsə də xarici müəlliflərin onlarla kitablarında öz əksini tapıb”.
F.Məmmədov qeyd edib ki, ermənilər praktiki olaraq Azərbaycanın bir sıra kəndlərinin, eləcə də işğal olunmuş Qarabağ və ona bitişik yeddi rayonun adlarını dəyişiblər:
“Separatçı rejim çıxılmaz vəziyyətdən dolayı dünya ictimaiyyətinin diqqətini danışıqlar prosesindən yayındırmağa çalışır. Prezidentlərin Sankt-Peterburq görüşündən sonra proseslər göstərdi ki, erməni tərəfi münaiqişənin nizamlanması ilə bağlı kompromislərə mənfi yanaşır. Bu da aprel hadisələriin təkaralanmasına gətirib çıxara bilər”.
Daha sonra ekspert erməni tərəfinin qoşunların təmas xəttində atəşkəs rejimi pozmasına münasibət bildirib:
“Təcrübə göstədi ki, qoşunların təmas xəttində atəşkəs rejiminə əməl edilməsi münaqişə tərəflərinin xoş niyyətindən irəli gəlir. Son zamanlar (daha dəqiq, mayın əvvəlindən sentyabra qədər) təmas xəttində demək olar ki, atışma səsləri eşidilməyib. Bu, onu gəstərir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi atəşkəs rejiminin davam etdilməsi və ya pozulmasına təsir etmir.
Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri erməni tərəfinin mənasız işlərlə məşğul olması əvəzinə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konsturktiv təkliflər irəli sürməsi ilə bağlı ciddi səy göstərməlidir. Bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin diqqət mərkəzində olmalıdır. Ermənistanın əsas müttəfiqi olan Rusiya daha fəal olmalıdır ki, ermənilər danışıqlar prosesinə süni maneələr yaratmasın.
Qoşunların təmas xəttində atışmaların fəallaşmaı məsələsinə gəlincə zənnimcə, bu məsələyə bir neçə istiqamətdə yanaşmaq lazımdır. Buna Ermənistanda hökumət dəyişikliyi, eləcə də Nazirlər Kabinetinin formalaşması da təsir göstərə bilər. Ermənistan hökumətinin rəsmi şəxslərinin son iki ayda çıxışları göstərir ki, erməni rəhbərliyi danışıqlar prosesini şüurlu olaraq pozur”.
Sonda Fərhad Məmmədov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər, eləcə də referendumun keçirilməsinin heç bir hüquqi gücü yoxdur. Belə ki, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın işğal altındakı ərazilərində bu addımların yolverilməzliyinə söykənir.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas danışıqlar platformasıdır. Lakin həmsədrlərin bütün səylərinə bamayaraq münaqişə 20 ildən artıqdır ki, həll olunmayaraq qalır.
Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycanın 20% ərazisi erməni silahlı qüvvələrinin işğalı altındadır.
Erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi irəli sürülsə də, erməni tərəfi buna məhəl qoymayır.
1news.az