Ermənilər yenə də mövqelərimizi atəşə tutublar | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər yenə də mövqelərimizi atəşə tutublar

12:01 - 20 / 11 / 2016
Ermənilər yenə də mövqelərimizi atəşə tutublar

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər