BSU-nun professoru: İmtahanlarda çoxlu sayda tələbələrin kəsilməsi nə universitetə, nə də müəllimlərə şərəf gətirmir
Tələbələrə qarşı obyektivlik və tələbkarlığa can atmaq bəzən təhrif edilmiş forma alaraq imtahanlarda arzuolunmaz qiymətlərə, ya da sadəcə olaraq kəsirlərə gətirib çıxarır.
Bu tendensiya Azərbaycanın aparıcı ali təhsil ocaqlarından birində - Bakı Slavyan Universitetində qeyd edildiyini deyən universitetin Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının rəhbəri, professor Məmməd Əliyev bildirib.
“Bilmək lazımdır ki, qeyri-kafi qiymətlərin çoxluğu – müəllimin peşəkarlığının göstəricisi deyil. Əksinə, bu, onu göstərir ki, tədris ili lazımi səviyyədə təşkil olunmayıb.
Əgər IV kurs tələbəsi əvvəlki üç ildə keçirilən imtahanlardan “yaxşı” və “əla” qiymətləri alıbsa, axırıncı ili isə “qeyri-məqbul alıbsa, bu, göstərir ki, onun üçün normal şərait yaradılmayıb. Eləcə də təlim prosesi tədrislə uyğunlaşdırılmayıb”.
Məmməd Əliyev 30 ildir ki, Slavyan Universitetində çalışır. O, laborantdan tutmuş elmi işlər üzrə prorektoradək müxtəlif vəzifələrdə işləyib. Onun əsas tədris sahəsi – dinşünaslıq, fəlsəfə və kulturologiya olub.
“Kəsrlərlə heç nəyə nail ola bilməyəcəyik. Ola bilər ki, bu, tələbələrə qarşı obyektivlik kimi görünə bilər. Lakin burada fəxr ediləsi bir şey yoxdur”, - M.Əliyev qış sessiyası zamanı kəsilən tələbələrin dəqiq sayını qeyd etməyib.
Lakin təhsil sahəsi üzrə ekspert Etibar Əliyevin yaxın günlərdə KİV-dən birinə verdiyi müsahibədə Slavyan Universitetində qış sessiyası zamanı 1000-dən çox tələbənin imtahanları verə bilməməsini qeyd edib.
Qeyd edək ki, BSU-da ümumilikdə üç min tələbə təhsil alır.
Professroun bildirdiyinə görə, bu tendensiyanın əsas səbəblərinən biri də, imtahanı yoxlayan müəllimlər tələbələrlə il ərzində işləyən müəllimlər deyil. Onun sözlərinə görə bu, anlaşılmazlıq yarada bilər. Belə ki, hər bir müəllimin akademik proqram üzrə özünəməxsus yanaşması var.
Həmçinin professor hesab edir ki, bu problemlə mübarizə kimi həmin şəxslərin ali dərəcəsindən asılı olmayaraq universitetə təyinatı zamanı tədris prosesindəki bilikləri nəzərə alınmalıdır.
İnkişafın imkanları
M.Əliyevin fikrincə, tələbə sahəsində inkişafa, məsuliyyət və anlayışa nail olmaq üçün gənclərə azadlıq vermək lazımdır:
“Qərb ölkələrindəki univeritetlərin təcrübələrinə söykənmək lazımdır. Onlar tələbələrə kifayət qədər azadlıq verir. Nəticədə də məhsuldar nəticə əldə edirlər”.
M.Əliyevin sözlərinə görə, BSU-da bu il Siyasi antropologiya adlı vacib fənn tədris edilməyə başlayıb:
“Professor Kamal Abdullanın universitetə rəhbərlik etdiyi illərdə tələbələrə hər semestr bədii ədəbiyyat oxumaq, ixtisasın dilində profil fənlərin tədrisi və ən azı 3 dil bilgiləri tələb olunardı”.
Hazırda M.Əliyev rəhbərlik vəzifəsi ilə yanaşı, məntiq, ölkənin dini istisası, eləcə də beynəlxalq aləmdə din sistemi sahəsində mühazirələr aparır:
“Biz müəllimlər inkişafın hərəkətverici qüvvəsi olmalıyıq. Zaman yerində dayanmır. Dünya sürətlə inkişaf edir. Qəbuledilməz haldır ki, müəllim illər öncə hazırlanmış saralmış mühazirələrlə auditoriyaya daxil olsun. Tədris etdiyin fənn üzrə daim axtarışlar etmək, mühazirələrdə yeni ədəbiyyatlardan istifadə edərək daxil olmaq lazımdır”.
Bakı Slavyan Universiteti 2000-ci ilin iyununda M. F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun Rus dili və ədəbiyyatı bazası əsasında yaradılıb.
Bu gün universitetdə slavyan dillərinin öyrənilməsində ixtisaslaşdırılan rus, çex, bolqar, yunan dillərinin və ədəbiyyat üzrə filoloq və pedaqoqlar hazırlanır. Həmçinin ali məktəbdə tarix, mədəniyyət, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və ölkələrin coğrafiyası üzrə mütəxəssislər də hazırlayır.
2016-cı ilin iyununda ali məktəbdə yeni rektor təyin olundu: bu vəzifəyə əvvəllər Dövlət Pedaqoji Kollecinə rəhbərlik etmiş Nurlana Əliyeva rəhbərlik edir.
Mövzu ilə əlaqədar oxuyun:
Bakı Slavyan Universitetinin fasadındakı mozaika tamamilə sökülüb – FOTO
BSU-da Azərbaycan xalqının siyasi antropologiyası fənni tədris ediləcək
1news.az