16 hindistanlı tələbə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

16 hindistanlı tələbə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO

12:54 - Bu gün
16 hindistanlı tələbə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İranda tibb sahəsi üzrə təhsil alan 16 hindistanlı tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Bundan əlavə, 3 Tacikistan və 1 Rusiya vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə edilib.

Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə davam edir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər