Novruz xonçasının “büdcəsi”: Bu il bayram süfrəsini qurmaq üçün nə qədər xərcləməliyik? - VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
1news TV

Novruz xonçasının “büdcəsi”: Bu il bayram süfrəsini qurmaq üçün nə qədər xərcləməliyik? - VİDEOREPORTAJ

16:48 - Bu gün
Novruz xonçasının “büdcəsi”: Bu il bayram süfrəsini qurmaq üçün nə qədər xərcləməliyik? - VİDEOREPORTAJ

Novruz təbiətin təntənəli oyanış dövrü və böyük ənənələrin rəmzidir.

Hər bir azərbaycanlı ailəsi üçün bayram hazırlığı xüsusi bir ritualdır: süfrəni bolluq və bərəkət rəmzi olan zəngin xonça ilə bəzəmək üçün ən yaxşı qoz-fındıq, quru meyvə və səməni seçmək əsas şərtdir.

Lakin bayramın bu sehrli tərəfi ilə yanaşı, həm də qayğıları olur. Bunlardan biridə büdcəni düzgün planlaşdırmaqdır, çünki hər bir ailə süfrənin həm bol və keyfiyyətli, həm də qənaətcil olmasını istəyir.

Bəs bu il bayram menyusu bizə neçəyə başa gələcək?

Bu suala cavab tapmaq üçün 1news.az-ın əməkdaşları "Gənclik" metro stansiyasının yaxınlığında keçirilən populyar "Kənddən şəhərə" yarmarkasına baş çəkiblər.

Biz bayram bazarlığında rahat seçim edə bilməyiniz üçün fermer məhsullarının çeşidini və hazırkı qiymətlərini təhlil etdik.

Satıcılar yarmarkada həm yerli öz məhsullarının, həmdə xaricdən gələn məhsulların satıldığını və qiymətlərində buna əsasən olduğunu bildiriblər.

Yarmarkaya üz tutan paytaxt sakinləri arasında apardığımız sorğuya görə isə qiymətlərdən razı qalanlar da var, qalmayanlar da.

Novruz yarmarkasında məhsulların qiymətləri ilə tanış olun:

Almalar: 1 – 3 manat.

Armud: 2 - 3 manat.

Xurma: 6,5 – 27 manat.

Qoz (qabıqlı): 10 manat.

Qoz (ləpə): 13,5 – 20 manat.

Fındıq (qabıqlı): 10 manat.

Fındıq (ləpə): 20 – 28 manat.

Badam (ləpə): 18 – 20 manat.

Keşyu: 28 manat.

Şabalıd: 8 manat.

İydə: 12 manat.

İnnab: 6 – 11 manat.

Qaysı: 10 – 25 manat.

Qara və sari kişmiş: 9 - 18 manat.

Qarışıq ləpə-çərəz: 10 manat.

Püstə: 28 – 60 manat.

Meyvə qurusu lokum: 15 manat.

Alma qurusu: 6 manat.

Qovrulmuş fındıq: 20 – 27 manat.

Səməni: 1 – 15 manat.

Bayram xonçası: 5 – 20 manat.

Şamlar: 0,7 – 2 manat.

Suvenirlər: 1 – 5 manat.

Onuda qeyd edək ki, martın 7-dən etibarən fəaliyyətə başlayan yarmarka martın 18-dək davam edəcək.

Faiqə Məmmədova

Foto+video: Nadir İbrahimli

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər