Lökbatanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində piyada ölümü ilə nəticələnən qəza baş verib.
1news.az-ın Trend-ə istinadən məlumatına görə hadisə martın 11-i baş verib.
Belə ki, Lökbatan-Xocəsən avtomobil yolunun “Meyvəli” Ticarət Mərkəzinin qarşısından keçən hissəsində Vilayət Paşayev idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə hərəkətdə olan zaman piyada, 1981-ci il təvəllüdlü Səbuhi Əliyevi vurub.
Hadisə nəticəsində piyada 13.03.2026-cı il tarixdə müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
74












