Həyətində çətənə kolu yetişdirən Sumqayıt sakini tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində çətənə kolu yetişdirən Sumqayıt sakini tutulub

14:38 - 16 / 06 / 2017
Həyətində çətənə kolu yetişdirən Sumqayıt sakini tutulub

Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Azad Allahverdiyevin şəhər ərazisində yaşadığı evə baxış zamanı oradan 405 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Babək Cahandarov

 

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər