Robert Sekuta : Azərbaycanın qürur duyduğu zəngin multikulturalizm və tolerantlıq tarixi var | 1news.az | Xəbərlər
Cəmiyyət

Robert Sekuta : Azərbaycanın qürur duyduğu zəngin multikulturalizm və tolerantlıq tarixi var

13:37 - 17 / 06 / 2017
Robert Sekuta : Azərbaycanın qürur duyduğu zəngin multikulturalizm və tolerantlıq tarixi var

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib.

1news.az xəbər verir ki, iftar mərasimində rəsmi şəxslər, Azərbaycandakı dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını və xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, iftar süfrəsi İslamın birliyini, bu dinin qardaşlığa və sülhə verdiyi önəmi vurğulayır. Səfir deyib ki, Birləşmiş Ştatlarda dünyanın müxtəlif yerlərindən gələn milyonlarla müsəlman yaşayır. Bunu müqəddəs Ramazan ayının qeyd olunması zamanı Amerika müsəlmanlarının nümayiş etdirdikləri ənənələrdən, onların hazırladıqları yeməklərdən də başa düşmək olar. Ramazan ayı bizə ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və xeyriyyəçilik üçün bir vaxtdır.

Səfir vurğulayıb ki, Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi var. “Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəyidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir”, - deyə R.Sekuta qeyd edib.

Diplomat deyib ki, müqəddəs Ramazan ayı dinimizdən asılı olmayaraq bizi birləşdirən sülh, şəfqət və halallıq ideyalarının yenidən təsdiqlənməsi üçün bir vaxtdır.

Sonda dualar oxunub və iftar verilib.

1news.az

 

 

Paylaş:
733

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər